Azərbaycan Milli Konservatoriyasının 2-ci kurs Magistr tələbəsi Abbasəli Ələsgərlinin Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Solo konserti keçirildi. Abbasəli Ələsgərlinin müəllimi Xalq artisti Aygün Bayramovadlr. Konsertmeystrlər Tar-Əfqan İsgəndərov, Kamança-Fərid Babayev.

Konsertdə AVMVİB-nin Nəsimi, Zəngilan, Binəqədi rayonlarının Veteranları, ictimaiyyət nümayəndələri, musiqi məktəbinin müəllim və şagirdləri, müğənninin ailə üzvləri iştirak etdilər. Konsertdə xalq mahnıları, Zabul segah dəsti ifa olundu.
AVMVİB-nin Zəngilan şöbəsinin Veteranları bəstəkar-müğənni Fərahim Sadiqin bəstələdiyi «Əsgərnamə» eleqiyasını ifa etdilər.



