Qanlı Yanvar hadisəsinin 34-cü ildönümü Kəlbəcər rayonunda qeyd edilib

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunmuş, abidə önünə əklil qoyularaq tər qərənfillər düzülmüşdür.

Daha sonra şəhidlərimizin ruhuna dualar oxunmuş, Respublikanın hər yerində olduğu kimi, Kəlbəcər rayonunda da, saat 12:00-da xüsusi təyinatlı maşınlardan səs siqnalları səslənmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.

Bu xəbəri paylaşın: