“Daşaltı əməliyatı”, daşın altında qalan sirlər…!

“Daşaltı əməliyyatı”ndan 32 il keçir.Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilmir.1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən, Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstənin (Riyad Əhmədov), Şuşa Özünümüdafiə Dəstəsinin bir qismi, bu ordu birləşmələri Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər, (həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxu Əfqanıstanda qulluq etmişdir). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, Milli ordu 25 yanvarda Daşaltıya hücum edəcəkdir (bir tağımda olduğum Mehtiyev Əlibala ilə) eşitdik və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik.

   O, bu məlumatı Müdafiə Naziri Taciyəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdır) əvəz edən Nurəddin Abdullayevə bildirsədə, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbit görmədilər, əməliyyat olduğu kimi saxlanıldı.Bakı şəhərində Milli Ordunun məhv edilməsi, Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı.

    Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq , əsgər və zabitlərimiz əsl igidlik səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi.Həmin döyüşdə şəhid və itgin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktları qeyd etmək istəyirəm , onlar düşmənlə axrıncı mərmiləri qurtaranadək  döyüşmüşlər o cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…). Mənimlə birlikdə döyüşdə olmuş şəhid olmuş Nuriyev Rafiq, itgin düşmüş Priyev Ehtiram kimi bu gün adlarını qeyd etmədiyim əsgər və zabitlərimiz igidliklə döyüşmüşlər.

   Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında  34 nəfərin itgin və şəhid olduğu bildirilirdi.lakin çox təssüflər olsun ki, həmin siyahı (tam olmayaraq) aşağıda qeyd ediləndir.

   1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itgin düşmüş əsgər və zabitlərin tam olmayan siyahısı.

Şıxov Taburu

1.Abbasov Məhərrəm Abbas
2.Abdullayev Azad Yasir
3. Abdullayev Nurəli Hacıbala
4.Abdullayev Ramin Həbib
5. Ağayev Yusif Balasər
6.Ağayev Rafiq Qəzənfər
7.Bayramov Kamil Canbala
8.Bayramov Vaqif Pirəli
9.Bayramov Orxan Rauf
10.Cəfərov Zaur Firuddin
11.Camalov Elman Hüseyn
12.Cavadov Abbas Şəms
13.Cəbrayilov Həmid Yaşar
14. Əmirov Rəfail Mənsur
15. Əliyev Bəkir İsa
16. Əliyev Hidayət Məcid
17. Əliyev Mehdi Rəşid
18. Əliyev Ağabala Mirzəbala
19. Əhmədov İmamqulu Soltan
20. Hüseynov Gülverdi Ağahüseyn
21. Həsənquliyev Şirindil Cavad
22. Hacıbabayev Tofiq Arif
23. Həsənov Sədrəddin Qardaşxan
24. Həsənov Sərxan Altay            
25. Xəlilov Rövşən Allahverdi
26. Xudayev Füzuli Cəmil
27. İbrahimov Cavanşir Zeynal
28. İbadov Şirzad Cavanşir
29. İsmayılov Elxan Nazim
30. İsgəndərov Əliyar Hüseyn
31. Kərimov Elxan Sunbay
32. Qasımov Sərxan Lətif
33. Qurbanov Nofəl Nəriman
34. Qiyasov İlqar Əsgər
35. Qəhrəmanov Qəhrəman Qaçay
36. Qədiməliyev Nizami Gülməmməd
37. Malikov Amil Əliheydər
38. Mehdiyev Nazim Əli
39. Mikayılov Baba Babakişi
40. Mirzəyev Rizvan Bilal
41. Mustafayev Sabir İslam
42. Məmmədov Mahir Arif
43. Məmmədov Müşfiq Yusif
44. Məmmədov İlqar İnqlab
45. Nəcəfov Rəhman Hacı
46. Nəcəfov Rövşən Hacı
47. Namazov Azər Rəhim
48. Niftalıyev Adil Kamal
49. Nəsibov Arif Əmiraslan
50. Nuriyev Rafiq Əli
51. Priyev Ehtiram Bayram
52. Rüstəmov Araz Balı
53. Şamilov Zərraf Bakir
54. Sultanov Kazım Hacı
55. Səfərov Rövşən Qiyas
56. Vəlicanlı Süleyman Məbud
57. Tahirov Vaqif  Sabir
58. Tahirov Əlövsət Kamran
59. Zeynalov Sahib Əliheydər
60. Fətəliyev Abbas Ağahüseyn

Xüsusi Təyinatlı Dəstə

1.Əhmədov Riyad Fikrət
2.Musayev Vaqif Dursun
3.Şirinov Elcan Qaçay
4.Qasımov Veysəl Həbib
5.Hüseynov Telman
6. Andrey
7.Yusifov Şahin Həsənqulu
8.Yarıyev Qənbər Teymur
9.Zeynalov Sahib Əliheydər
10.Məmmədov Elmar İnqlab

Şuşa özünümüdafiə dəstəsi

1.Nəsirov Zahid Rafael
2.Abutalıbov Eyvaz Cəmil
3.Ələkbərov Zahid Vəliş
4.Məhərrəmov Nazim Tofiq
5.Rüstəmov Sabir Gəray
6.Səfərov Şahverdi Bəhlul
7.Quliyev Oqtay Gülməmməd
8.Ələkbərov Arzu Bəhram
9.Məmmədov Habil Qabil
10.Həşimov Pərviz Varaşil

  Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itgin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.


Məni Daşaltıda axtararsız

Deməyin itginəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, indi çox olmuşam,
Yaşa bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsız.

Demə son döyüşüm “Daşaltı” oldu
Demə bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənən o düşmən qansız,
Məni Daşaltıda axtararsız.

Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsız.

Qorxma, vətən daşı Daşaltıdadır,
Sarımayın qollarım Daşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsız.

Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsız.

    Hərdəfən Şuşa ətrafında xüsüsəndə Daşaltı kəndi istiqamətində gedən döyüşlər haqqında (2020-ci il) məlumat verililəndə 1992-ci ildə gedən döyüşlər gözümün önünə gəlirdi və həmin döyüşlərdə itgin düşmüş (50 nəfərə yaxın)  əsgər və zabitlərimizdən məlumat olacağını hər birimiz səbirsizliklə gözləyirdik.Çox təsüflər olsun ki, bu günə kimi Ermənistan rəhbərliyi itgin düşmüş əsgər və zabitlərimiz haqqında məlumat vermək istəmir.

    Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev  göstərişi ilə I Vətən Müharibəsində itgin düşmüş Soydaşlarımız (4000minə yaxın) haqqında məlumat verməkdən imtina edildiyi üçün Ermənistan Dövlətini  2021-ci ildə Avropa Məhkəməsinə verilməsi haqqında göstəriş vermişdir.İnanırıq ki, itgin düşmüş vətəndaşlarımız haqqında tezliklə şad xəbərlər eşidəcəyik.

Məni Daşaltında axtararsız şerinin “izi ilə”, 21 yanvar 2021-ci il tarixində, 29 ildən sonra işğaldan azad edilmiş Daşaltı kəndində və Şuşa şəhərində olduq I Vətən Müharibəsinin “Daşaltı” iştirakçıları Rzaquliyev Füzuli , Cabbar və mən kəndi gəzdikcə həmin döyüşləri ürək arğısı ilə yada saldıq.Birdaha əmin oldum ki, Azərbaycanın ilk Milli Ordusu o vaxtkı hakimiyyət çəkişmələrinin  Siyasətin qurbanı olmuşdur.

    Məlumat üçün bildirim ki, 2020-ci il torpaqlarımız işğaldan azad edildikdən sonra, müxtəlif ərazilərdə aparılmış axtarışlar nəticəsində bir neçə kütləvi məzarlıqlar aşkar edilmişdir və illərdi itgin düşmüş 50 nəfərdən artıq “Daşaltı” əməliyyatının iştirakçısı olmuş döyüş yoldaşlarımızdan 10 nəfərin DNT testi nəticəsində şəxsiyyətləri müəyyən edilərək (Abbasov Məhərrəm Abbas oğlu, Abdullayev Nurəli Hacıbala oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Mikayılov Baba Babakişi oğlu, Niftalıyev Adil Kamal oğlu, Rüstəmov Araz Balı oğlu, Əhmədov Riyad Fikrət oğlu, Qasımov Veysəl Həbib oğlu, Məmmədov Elmar İnqlab oğlu) 2023-cü ildə dəfn edilmişdilər.

   Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq”  əməliyyatı nəticəsində təkcə erməni ordusu məhv olmadı, həm də “böyük ermənistan” xülyasına son qoyuldu.

  Bu gün Qələbə Zəfərini görməyi Bizlərə nəsib edən Ali Baş Komandan İlham Əliyevə, Müzəfər Ordumuza tükənməz minətdarlığımı bildirirəm.

Hər il olduğu kimi bu ildə yanvarın 26-da saat 10:00-da Şəhidlər Xiyabanında Şəhidlərimizi yad edəcəyik.

Niyazi Məmməd oğlu Quliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nəzarət Təftiş Komissiyasının sədri

Bu xəbəri paylaşın: