İnsanı daha yaxşı tanımağın əsas yollarından biri məhz ona verəcəyiniz suallardır. Bir insanın düşüncə və xarakteri verdiyi cavablarda gizlidir. Psixoloji suallar ilə insanın həyatdakı dəyərləri, sevdiyi və sevmədiyi şeylər, xarakterinin gizli və qaranlıq tərəfləri barədə ətraflı məlumat toplamış olacaqsız. Bu suallar açıq suallar olduğu üçün uzun və maraqlı bir söhbətin başlanğıcı olacaqdır. Sualları verərkən, qarşı tərəfin bədən dilini analiz etməkdə də fayda var. Çünki, bədən dili, sözlə deyilməyən bir çox şeyi deyir əslində.
- Həyat hekayənizi dörd cümlə ilə ifadə edə bilərsiniz?
- Sizin üçün bir günü mükəmməl edən nədir?
- Həyatınızda ən çox nəyə görə minnətdarsınız?
- Bir münasibətdə ən çox nəyə önəm verirsiniz?
- Dostluq sizin üçün nə deməkdir?
- Dostluqda ən çox nəyə dəyər verirsiniz?
- Keçmişdən ən dəyərli xatirəniz hansıdır?
- Ən pis anınız hansı olub?
- Sevdiyiniz insanlara qarşı etdiyiniz ən böyük fədakarlıq nə olub?
- Həyatınızdakı ən böyük nailiyyətiniz nədir?
- Sizcə uğurun sirri nədir?
- Həyat məktəbində öyrəndiyiniz ən önəmli dərs?
- Sizin üçün həyatı mənalı edən nədir?
- Dünyadakı istədiyin hər hansı bir insanı şam yeməyinə dəvət etmə şansınız olsa, bu kim olardı? (yaşayan və ya əvvəllər yaşamış olan)
- Məşhur olmaq istərdinizmi? Əgər belədirsə, hansı şəkildə?
- Sonuncu dəfə nə vaxt özünüzə mahnı oxumusunuz? Bəs başqasına?
- 90 yaşına qədər yaşaya bilsəydiniz, son 60 ilini 30 yaşlı ağlınızla keçirməyi üstün tutursunuz, yoxsa 30 yaşlı bədəninizlə?
- Uşaqlığınızda nəyisə dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz?
- Sabah yeni bir istedad və ya qabiliyyətlə oyansanız, bunun nə olmasını istərdiniz?
- Sizcə əvəzolunmaz insan varmı? Varsa bir insanı sizin üçün əvəzolunmaz edən nədir?
- Bir kristal kürə sizə həyatınız, gələcəyiniz və ya başqa bir şey haqqında həqiqəti söyləyə bilsəydi, nəyi bilmək istərdiniz?
- Uzun müddətdir etmək arzusunda olduğunuz bir şey varmı? Niyə hələ də etməmisiniz?
- Bir il ömrünüz qaldığını bilsəydiniz, indiki həyatınızda nəyi dəyişərdiniz?
- Sizcə, xoşbəxt ailənin sirri nələrdir?
- Lütfən, bu cümləni tamamlayın:
“Kaş ki, mənim də həyatımda …………….olardı.” - Əgər biz dost olsaydıq, sənin haqqında bilməyimiz üçün sənin üçün nə vacib olardı?
- Sizcə hansı mövzu haqqında zarafat etmək düzgün deyil?
- Həyatınızda ən böyük uşaqlıq xəyalınız nə olub?
- Eviniz və içində olduğunuz hər şey yanır. Sevdiyiniz insanları və heyvanları xilas etdikdən sonra bir şeyi götürə bilsəniz, bu nə olardı?
- Təsəvvür edin ki, indi sizinlə eyni problemi başqa biri də yaşayır. Ona nə məsləhət görərdiniz?