Vətəni canından əziz tutdu

Şəhid Emin Akif oğlu Novruzov 30 il sonra. Şəhid Emin Akif oğlu Novruzov 1 iyun 1975-ci ildə Neftçala rayonunun Oryad (indiki Kürkənd) kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirərək, təhsilini davam etmək üçün Bakı şəhərinə gəlir. Şəhid Emin Akif oğlu Novruzov Bakı Dənizçilik məktəbinə qəbul olunur. Eyni zamanda balıqçılıq kolxozunda işləyir. Ailədə üç qardaş, iki bacı olublar. Atası Akif kişi sürücü işləyib, Anası Pakızə xanım isə evdar qadın olub. Şəhid Emin Akif oğlu Novruzov 01.08. 1993-cü ildə Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. 776-saylı xüsusi təyyinatlı kəşfiyyat taborunda xidmət edib. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirib. Onun cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzərindən yayınmayıb. 1994-cü ilin yanvar ayından Ağdərə-Tərtər istiqamətində gedən qanlı döyüşlərdə dəfələrlə düşmən arxasına keçərək döyüş tapşırıqlarını yerinə yetirib. 1994-cü il aprel ayının 25-də Ağdərə rayonunun Qırmızı kənd (Qlobus) istiqamətində gedən ağır döyüşdə Emin ağır yaralanır. Onu əsgər yoldaşları çətinliklə də olsa döyüş meydanından çıxardıb hospitala göndərirlər. Mərkəzi Hərbi Hospitalda 18 gün qalsa da, may ayının 13-də şəhadətə qovuşur.
Şəhid Akif Novruzovun nəşi 13.05.1994 – cü ildə Neftçala rayonunun Pirətavan qəbirstanlığında dəfn olunub. Allah rəhmət eləsin!
Şəhid Akif Novruzov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon Bankə qəsbəsinin özəy sədri Abbasov Ariv və Məmmədov Müşfiq liə birlikdə xidmət etmişlər.
Bu gün 30 ildir ki, Emin Akif oğlu aramızda yoxdur, amma onun dostları Şəhid anası Paikzə xanımı yenə də tək qoymadılar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov öz əməkdaşları ilə birlikdə Şəhid Emin Novruzovun məzarını ziyarət etdilər. Ziyarət zamanı Şəhidin anası Pakizə xanım və qardaşları ilə birgə Neftcala şəhidlərinin məzarlarını da ziyarət edərək, ruhlarına dualar oxudular.
Sonda xatirə şəkli çəkildi.
Allah bütün şəhidlərimizin ruhunu şad etsin.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov.

Whats-App-Image-2024-05-13-at-23-08-42 Whats-App-Image-2024-05-13-at-23-08-42-1

Whats-App-Image-2024-05-13-at-23-08-42-2 Whats-App-Image-2024-05-13-at-23-08-42-3

Whats-App-Image-2024-05-13-at-23-08-42-4
Bu xəbəri paylaşın: