Öz Sak tariximizə sahib çıxmalıyıq

Xaqani Ədəboğlu

Tarixsizlik bir milli faciədir. Ona görə də 30 illik müstəqillik dönəmində vahid tarixi konsepsiyanın müəyyən edilməməsi, hind-avropaçı avrosentrizmə qulluq edən akademik sistemin ləğv edilməməsi bu sahədə elmi inkişafın qarşısını almaqdadır.

İş o yerə çatıb ki, soyad kimi daşıdığı babasının tarixini bilməyənlər, milli tabulara nadancasına dil uzatmaqdan da çəkinmirlər.

Babaları kommunist rejimin «Pavlik Morozov»u olmuş bu zavallılar özlərini antisovet, antikommunist kimi göstərmək üçün ucuz bir yol tutaraq, Babəki, Şah İsmayıl Xətaini, Koroğlu və s. qanmazcasına hədəfə alarlar. Necə deyərlər, belələri atalarını goruna and içmək üçün öldürən zavallılardır. Özlərini çoxbilmiş kimi göstərmək istəyən belə milli tullantılar bir versiya irəli sürürlər ki, niyə bu şəxsləri Sovet tarixi təbliğ edirdi? Belələrinə dəfələrlə cavab verdiyimdən qısa bir xatırlatma edim ki, Sovet hökuməti ilk illərdə tarixsiz toplumlar yaratmaq ideyasını ortaya qoymuşdu. Amma beynəlxalq vəziyyətin qarışdığı məlum 30-cu illərin sonunda kommunist rejimin ideoloqları Stalinə məruzə etdilər ki, tarixi keçmişi olmayan toplumların gələcəyi də olmayacaq və təcili tədbirlər görüldü. Məsələn, Uzun Həsən, Şah Xətai Osmanlı və türk düşməni kimi (əslində isə Quranı türk dilinə ilk tərcüməsini Uzun Həsən, Türk şeirinin və dilinin saraya daşınmasını isə Xətai həyata keçirmişdi və «Bağdaddan türkman qopar» demişdi), Babək üsyançı və anti İslam mücahidi kimi təqdim edilirdi. Babək dünyada o dövrün ən islahatçı dövlət başçısı idi. İslam içində babası Əbu Müslümin adıyla Müslimiyyə və öz adıyla Babəkiyyə kimi dini cərəyanlar yaratmış birini bu gün kafir elan etmiş biveclərə nə ad verəsən? Babək dünya tarixində azadlıq mücahidi kimi tanınsa da bu özündən müştəbehlər ona da dil uzadırlar. Babək bir dövlət xadimi kimi dünyada ilk və son dəfə tətbiq edilən ədalətli vergi sisteminə görə vergilər bütün xərclər və qoyuluşlar çıxıldıqdan sonra gəlirlərdən alınırdı. Evdə arvadlarına hökmləri keçməyənlər bir xalqa ehkam kəsirlər.


Bu günlərdə Sasanilərin türk soylu olmaları ilə bağlı razılaşmadığım bəzi məsələlərlə bağlı tanınmış araşdırmaçı jurnalistimiz Araz Şəhrilinin fktlar üzrə sübutlarını nəzərdə keçirdikdən sonra onun haqlı olduğunu gördüm. Mənim araşdırmalarımda bu dövrlə bağlı az məlumatlar var. Yəni bu sahəni nəzərdən keçirməmişdim.

Bu günlərdə Kritovulosun «Tarih-i Sultan Mehmed Hân-ı sâni» (İstanbul’un fethi) ilə bağlı bəzi qeydlərlə tanış olduqdan sonra yadıma ilk düşən fikir Osmanlılarla Səfəvilərin eyni soydan olmalarıyla bağlı, həm Anadoluda, həm də Azərbaycanda yüz illərdir ki, dolaşan məlumatlar oldu. Həmin bölümdə deyilir:

«Aləmin yaradılışının 6959-cu ilində (miladi 1451) II Sultan Murad vəfat etdi. Yaşı əlli iki olub otuz bir ilini padşahlıqda keçirdi. Kərəmi bol, yüksək səciyyəli, cəsur, heybətli və əsgər komandanlığında bacarıqlı idi. Əsərləri və gördüyü işlər seçilmiş və bəyənilmişdir. Sultan Murad Atomanilərin şərəfli ailəsindən olaraq əsil və soyu təmiz bir padşah idi. Bu Osmanlılar çox əski Əhəmənilər və Partlılar soyundan meydana gəlmişdilər» (Kritovulos, Tarih-i Sultan Mehmed Hân-ı sâni (İstanbul’un fethi); çev. Karolidi; Sadeleştirerek Türk harflerine çevirip notlayan Muzaffer Gökman. — İstanbul: Kitapçılık Ticaret Limited Şirketi Yayınları, 1967, səh. 12-13.).

Tarixi araşdırmaçısı, yazar Araz Şəhrili “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərində yazır: «Bu gün Azərbaycan Səfəvilər imperiyasının qurucusu, müqəddəs övliya Şah I İsmayıl Səfəvinin ünvanına səsləndirilən ittihamlardan biri belədir: “O, Sasani şahı III Yezdigərdin nəslindən olan İmamların məzhəbini öz dövlətinin rəsmi etiqadına çevirməklə Sasani-fars (pert, pars) ənənələrini dirçəltmişdir”…

Sak döyüşçü


Oxşar paralellər onlarcadır. Amma öncə bildirək ki, Firdovsinin uydurduğu «Şahnamə» adlı yalanlar toplusu min ildir ki, tarixi gerçəkləri alt-üst etməkdədir. Onun ardıcılları olmuş Nizamülmülk, Münşəddin Pərvanə və Osmanlıda vəzirlik etmiş İsfahan lotularının yaydıqları anti türk təbliğat bu gün də davam etdirilməkdədir.

Öncə bu coğrafiyada ilk yaranan dövlət olan midiyalı saklar eramızdan əvvəl 4500-cü ildə bu günkü Azərbaycan ərazisində Mata (Maday) adlandırılan liderlərinin rəhbərliyi altında tarix səhnəsinə çıxdılar. Yəni Midiya bir sak dövləti idi və saklar bir mənalı olaraq türkdürlər. Bunu, həm arxeologiya, həm də tarixi-morfoloji və mifoloji təhlillər təsdiqləməkdədir.

Bugünkü Həmədanı paytaxt elan edərək, eramızdan əvvəl 2500-cü ildə Dahakun (Herodotda Deok, əslində isə İti ok — red.) başçılığı ilə Midiya İmperiyası adlı bir imperiya qurdular və uzun zaman geniş bir coğrafiyada bir çox qəbilələri idarə etdilər.


Babil tarixçisi Berosus (e.ə. 300 -cü il) və bütün qədim tarixçilər, xüsusən e.ə. 19-cu əsrdə Persepolis və Assuriya yazıları, E. Norris, Fr. Lenormant, ser H.C. Rawlinson, J. Oppert, I. Taylor, N.L. Westergaard, F. de Saulcy və M. S. Zaborowski kimi Qərb dilçiləri, tarixçiləri və antropoloqlar Midiyanın dil, din və irq baxımından Turani (Sak, Tatar, Türk) olduğunu açıqlamışdılar.

Yəni yaradılmış bütün qədim dövlətləri saklar yaratmışlar. Bizim coğrafiyada yaradılan dövlətlərin də saklara məxsus olması gün kimi aydındı. Eramızdan əvvəl 650-ci il — 330-cu illəri əhatə bir dövrdə dili Elamca olan Əhəməni dövləti də fars dövləti deyildir. Bütün tarixi mənbələrdə keçən bir xətt var: Arşakilər (Arsaklar) sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Bunca bəsit və sadə bir məsələni görməzdən gəlib, sakları ironiləşdirilməsi, sonra farslaşdırılması və bu gün hətta hay-boş qaraçılarının belə bir boşluğu görüb özünü gülməli şəkildə «artsax» adlandırması hər kəsin diqqətində olmalıdır. Bir mənalı olaraq Arsaqlar türklərdir.


Son Əhəmənilər və Sasanilər də Medes Kayani adlanırdılar. Çünki «Kay» sözü, İranlılara görə Kayanilərin, Qədim Yunanlar və Qərblilərə görə isə Midiya Krallığının ünvanı sayılırdı. Bu söz indi «bəy» və ya «cənab» anlamındadır. İran əsilli padşahlar Kay ünvanıyla və adıyla anılmamışlar. Türklər isə tarix boyu bu tituldan istifadə etmişlər. Məlum olduğu kimi, Osmanlıların boyu “Kayı, əslində bu ad “Kayı” yox, “Kay” olmalıdır. Faruk Sümərdə də Kayı Kolanılardan söz açılır və o tayfanın bir nümayəndəsi kimi öz tariximizi oğurlatdığımızı düşünürəm. Oğuz tarixinin ən görkəmli bilicisi Faruk Sümər yazır: “Kayı türkmənlərinin bir çoxu Kayı-Kolan adlanır. Kayılar ən şərəfli boylardan olublar”.

Mehmet Bayrakdar «MEDLER və TÜRKLƏR» adlı məqaləsində bu məsələdə haqlı mövqe ortaya qoyaraq yazır: «Firdovsi və digər orta əsr İran tarixçiləri Kayanilər haqqında danışsalar da, Piştad krallığı deyilən sırf əfsanəvi padşahlar zəncirinin davamını göstərməklə gizli İrançılığı ortaya çıxarmaq istəmişlər.

Digər mənbələr Midiyalıların İranlı ola bilməyəcəyini göstərir. Məsələn, Tövrat. Tövratın Yaradılış kitabında Hz. Nuhun üç oğluna bəşəriyyətin mənşəyi haqqında deyildikdə, Med və digər Türk soylularının adları keçərkən, nə farsların, nə də İranın adı xatırlanmır.


Çünki Tövratın bu bölgədə yazılmış kitabında iranlılar deyə bir şey yox idi. Bəzi qərblilərin fikrincə, kitab e.ə. 1500-ci illərə aiddir. Yaxud Quranda adı keçən Mədyən ölkəsi. Midiyalılar haqqında qədim mənbələrdə izah edilən dini və milli adət və ənənələr də Midiyalıların Türk zadəganları olduğunu göstərir. Onlardan biri də «Kard Qan Qardaşlığı” adlı mərasimdir».


Bu coğrafiyada mövcud olmuş dövlətlərdən olan Lidiyalıların dilində padşahlara və bəylərə «Türan» deyilirdi. Bu söz Lidiyadan qədim yunan dilinə qaçaraq Türannos şəklində tərcümə edilmişdir. Yunan dilindən Qərb dillərinə keçən tiran — ”tiran ” (Tirana) şəklində günümüzə gəlib çatıb.

Yuxarıda izah etdiyimiz kimi, Midiyalılara və Türk zadəganlarını «Turan» deyə çağıran farslar olduğuna görə, Turan sözünün «Türan» olaraq xatırlandığı, Midiya və Sakların üzərindən keçdiyini görmək olar.

O DÖVRÜN RƏSSAMI TƏRƏFİNDƏN ÇƏKİLMİŞ PORTRET


Bir yazıda Sasani sivilizasiyasının Asiya sahilində (Selezya) idarə edən Azize Zeyneb (Leila Zenobia), 14 Fevral 270-ci ildən Romada, öldürülmədən əvvəl ev həbsində tutulduğu sarayın eyvanında, yuxarıdakı kimi zəncirə vurulmuş olaraq rəsmi barədə bir yazı təqdim etmişdim. Sasani Zeynəbin, ata və ana tərəfindən Oğuzlu (Anati Okhus, yəni Anası Oğuz) xanədanına uzanan Pars / Parth / Ferhat (Fərat) boylu olduğu üzərinə məlumatlar qalmaqdadır. Onun ailəsi haqqında İngilis mənbəyindən qeydlər var.

Rəsmə görə Zeynebin başında Kaşqari baş bağı var; Şiraz, Çamlıhemşin və Adıyamanda olduğu kimi.


Belində, silahları alınmış qınlar olan bir kəməri var. Savaşçı Ər-xatundur, yəni Amazonkadır.


Kəmərində Səkkiz guşəli Şəms motivi vardır; Karusi, Xorasani, Oğuzlu, Şamani, Turani və Sümerlidir.


Sasanilər dövlətinin qurucusu, Ərdəşir (Arđaxšēr), digər adı Ardaşir-i Papaqan adları, «Ərdəşir, Pəpağ oğlu». Adın latın yazımı; Artaxera və Artaxerxes. Ardaşirin atası Papaqdı, onun atası Sasan idi. Baba Dervişi, Babay qəbiləsindən olan Babək / Papağan / Babağyanlar, Bəktaşi qolu olaraq günümüzə qədər gəlmişdir. Qərbi Trakyada, Babailərin Albaniyada yaşadığı dağların qədim adı Amazon dağlarıdır.


269-cu ildə, Palmira Kraliçası, Zenobia, Romalıları Misirdən qovduqdann sonra özünü Augusta elan etdi. Augusta olmaq, Şaman lideri, Xəlifə (İlyapa, Alp) olmaqdı. Bir növü Oğuzların / Şamanilərin qadın opası (Apa) olması demək idi. Misir hökmdarının Asiya Şamani (Koleman) olması sirri bundadır. Şaman oğulları rəmzləri şəklində olan sarı hilal, buğda və tovuz quşu vacib ip uclarıdır. Bu simvolları Şumer şəhəri Samarkand və Buxaradan Bitlisə, Ahlata qədər görmək olar (Bu qeydlər Türkiyəli araşdırmaçı Mahiye Morgülün araşdırmlarından götürülüb-X.Ə.).


Eramızdan əvvəl 650-ci il — 330-cu illəri əhatə bir dövrdə dili Elamca olan Əhəməni dövləti də fars dövləti deyildi. Əhəməni Dövləti Elam mədəniyyətinin əsasında yüksəlib və Anşan hakimiyyətinin varisi olan bir Elam dövləti hesab edilir. Amma bu dövlətin dili elam-türk dilinin qarışığıdır.

Bisutun (bis-beş, ita-qədim türkcə sütun-X.Ə.) yazısının Akkad bölümündə yazılıb: «Mən krallar kralı Daryavuşam (Darius). Mən Parsa (Partha) kralıyam»- deyə yazmaqdadır. Əvvəlki Türk (Etrusk) «partha» / parthi sözü «yıxan, əzən, yox edən, yerlə bir edən, yəni paralayıcı, parçalayıcı deməkdir. Həm də adı çəkilən ərazilər Alp Ər Tunqanın oğlu Barsxanın yurdu sayılırdı. Yəni Bars türkcə aslan anlamında işlənən əski bir sözdür. Bölgənin qədim adı olan Alp-Er-Tunqanın oğlu Barskan- Barsxan -Barzan sözünə çevrildi. Bölgə 2800 ildən bəri Barzan kimi tanınır {Herodot C: 4-1}.


Əhəmənilər, buradan aydınlaşdırıldığı kimi, dövlətlərini və paytaxtlarını Partha sözünün bir söylənişi olan Parsa, yəni «yıxan; əzən; vuran; yox edən; yerlə bir edən» (yəni Basarkeçər toponiminə uyğun-X.Ə.) olaraq adlandırması da mümkün bir variant sayıla bilər. Onu da bilmək vacibdir ki, fars dilində «əzmək, tapdamaq» «partha» deyil , «pata» sözüdür. Əski türk dilində isə «pata» sözü «zirək, qoçaq» anlamında işlənmiş bir söz kimi Mahmud Kaşqarlının lüğətində də qeydə alınıb.


Arsak dövlətinin isə bir fars dövləti olduğu iddiası doğru deyil, çünki bu dövləti quranların Orta Asiyadan Part adlı Saka (İskit) boyu olduğu qəbul edilir.


Arsak xanədanını təsis edən Saklar, dövlət adları və paytaxtlarını Partha kimi qorudu. Buna görə Partha adı Arsaklılarda (Saklarda) yoxa çıxmadı, Əhəmənilər dövründən bu yana istifadə edildi. Bu gün Bərdə adlandırdığımız şəhərin ilkin adı Partadır və Alp Ər Tunqa bu şəhəri öz şərəfinə belə adlandırıb.

Arsaqların bu yurdu Dədə Qorqud «Oğuznaməsi»nə görə Daş Oğuzlardan Altı Daş Oğuz boyunun Böyük Xaqanı Alp Ər Tonganın oğlu Alp Aravazın yurdudur. Hələ 1225- ci ildə Xarəzmli Məngübərti Arana gələrək buranın Alp Ər Tonganın son sığınacağı olduğu üçün müqəddəs sayıldığını və buna görə də burada yuğ mərasimləri keçirildiyini qeyd edir. 1646 -cı ildə Naxçıvana gələn Övliya Çələbi Sünik bəylərinin türbələrini seyr edərək yazmışdı; «Bu şəhəri zamani qədimdə Şah Əfrasiyab bina etmişdir».


Tarixi mənbələrə görə Tiflis, Gəncə, Bərdə, Qəzvin və s. şəhərləri, məhz Böyük Xaqanımız salmışdır. Tarixi səlnamələrdə Alp Ər Tunqa adı bəzi mənbələrdə Parta, Alparta, Bartatuna və s. kimi qeyd edilir. Bərdə (Parta) adı da tarixi mənbələrdə Partava, Parta, Berta və s. kimi verilib. Transkripsiyada {PRT, BRT} olan ad, bu gün /BRD/ kimi saxlamışdır (X. Ədəboğlu «Unudulmuş Turanın çöl çiçəkləri» Bakı 2006).

Maraqlıdır ki, haylar həyasızcasına bizim olanları öz adlarına çıxdıqlarına qarşılıq tarix və etnoqrafiya ilə məşğul olan elmi mərkəzlərimiz indiyədək ortaya sanballı bir iş qoya bilməmişlər. Alp Ər Tunqaya hər bir türk öz xaqanı deyir, amma sak tarixi adı gələndə yanlış olaraq «irandilli» uydurma avrosentrizm nağılı danışmağa başlayırıq. Əslində həmin avropalılar zamanında Atillanı da, Almış xaqanı da, Çingiz xanı da, Əmir Teymuru da və hətta ən son olaraq Şah İsmayılı da skif-sak adlandırırdılar. Ümuniyyətlə, Part-Pars adı Şumerlərin, Xattilərin, Səfəvilərin, Qacarların, Teymurilərin və hətta elə Əhəmənilərin də simvol seçdiyi və farsların rədd etdiyi (1935-ci il) pars-şiri xurşidlə bağlıdır.

Qeyd: 1926-cı il noyabrın 15-də Pəhləvi sülalə soyadını (Sasanilər dönəminə müraciət) qəbul edən Rza şahın tacqoyma mərasimi baş tutub – bundan sonra iranizm ideyasının tətbiqi xeyli tutum qazanıb. Bu proseslərin yayıcısı bir başqası deyil, Britaniya kəşfiyyatının agenti, 1893-cü ildə vitse-kralın təşəbbüsü ilə Britaniya Hindistanından Tehrana ezam edilən və Qacarlar dövlətində fars icmasına başçılıq edən bombeyli fars Ərdəşirci oldu. Ərdəşirci öz qeydlərində vurğulayır ki, ona xoş gələn Rza xanı gələcək diktator kimi məhz o, tövsiyə edib.

Tarix elmində Əhəmənilər dövlətindəki dillər haqda mübahisə indiyədək səngiməyib. Bəzi araşdırıcılar iddia edirlər ki, qədim fars mixi yazısını I Dara dini ayin üçün “icad edib”. İmperiyada uzun müddət üstün dil Hind-Avropa dil ailəsinə aid olmayan (aqqlütinativ) elam dili olub. “Fars imperiyası” termini xəritələrdə, Avropa siyasətçiləri və alimlərinin əsərlərində yalnız XV-XVI yüzilliklərdə meydana çıxıb. Lakin qeyd etməyi mümkün sayırıq ki, ərəbdilli, farsdilli və türkdilli xəritələrdəki politonim, xoronim və etnonimlər yunan, latın və Avropa dillərində tərtib edilmiş xəritələrdən fərqlənir. Eyni zamanda Qədim Yunanıstanın bəzi dramaturqlarının əsərlərində farslar xalq kimi iştirak edir, amma bununla yanaşı, imperiyanın adı kimi “Persiya” yoxdur. “Persiya” dövləti adıyla çoxlu sayda xəritələr isə Avropa hökmdarları, coğrafiyaçıları və xəritəçilərinin siyasi manipulyasiyasıdır. Dövlətlər antik dönəmdə və yaxud erkən və sonrakı orta əsrlər dönəmində çağdaş dövrdəkindən fərqli ad daşıyırdı. Nə Fransa, nə İtaliya, nə Almaniya var idi – Farsistan, xüsusən də imperiyanın adı kimi Persiya yox idi.

Şumer


Sasanilər xanədanını (224 — 651) təsis edən Ərdəşir, həmçinin Ərsakların aristokratiyasındandır. Ərdəşirin atası Babək (və ya Papak) Arsaklı imperiyasında əyalət kralı olub və onun atası Sasan (və ya Zazan) isə baş rahib sayılırdı.

Baburilər

Tarixdə «Pers», ya da «Pars» adlı bir xalq heç bir zaman olmamışdır. Orxan Yazılarında da bu açıq görünür. Kültigin abidəsinin 2-ci üzünün 11-ci sətrində belə yazılır: “Kurıga kün batsıkdaki Sogud Berçeker Bukarak ulus budunta Engek Sengün, Oğul Tarkan kelti” (Batıdaki Sogud-Berçeker-Bukarak dövləti millətindən Engek Sengün və Oğul Tarkan gəldi).


Kültiginin yoğ (yas) törəninə gələn batıdakı sözü edilən dövlətin iki təmsilçisinin, adları Engek Sengün (Engek General) və Oğul Tarkan (Oğul Şehzade) kimi Türk adlarıdır. Bu dövlət, ərəblərcə işgal edilmiş olan Sasanlı Dövlətindən geriyə qalan və bu günkü Xorasan (İranın şimali şərqi),Türkmənistan, Özbəkistan, Tacikistan, Qırgızıstan və Qüzey Əfqanistanı əhatə edən bir bölgədir.

Bu bölgə də Partların (Sakların) yurdudur. Ərəblər bu bölgəni Orhun Yazılarının qurulduğu 732-735-ci illərində hələ işğal edə bilməmişdilər.


Parsi adı, Sasanlı Dövlətinin yıxılmasından sonra ortaya çıxmış bir addır və Parthi sözünün bir dəyişikliyə uğramış praformasıdır. Sasanlı Dövləti yıxıldıqdan sonra ölkə xalqı özünü Parsi olarak adlandırmış, daha sonra bu ad ərəbcənin təsiriylə Farsi şəklinə düşmüşdür.


«Arsaq» adının işlədilməsi ermənilərin tarixi aspektdə bizə qarşı informasiya hücumunun tərkib hissəsi olması barədə dəfələrlə yazmışam.

İlk Sasanlı kıralı Ərdəşirin Arami əlfbasıyla öz adına bastığı pullarda partça (Sakca) «RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN»— yazıları oxunur. Avropalı dilçiləri bu yazını, «Ardaşir kırallar kıralı İran» anlamına gəldiyi iddia edilən, Farsca “Ardaşir şâhân şâh êrân” olaraq çevirmişlər.


Burada, «MLKN MLK, ya da MLKYN MLK» sözlərinin «şâhân şâh» sözünün qarşılığı olduğu iddia edilməkdədir. Bu iddilarını da, “bəzən yazılardakı M hərfinin Ş; L hərfinin A, K hərfinin də H olaraq oxunduğu” kimi, olduqca “elmi”(!) bir üsulla “təsdiqləmişlər”.Ancaq bu yazı (RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN) oyunbazlıq etmədən doğru bir üslubda oxunursa, “Arthiştir mulukun muluku urunu” -sözləri ortaya çıxar. (Yaxud da “Arthiştir mülkün məliki Aran” kimi də oxumaq mümkündür — X.Ə.).

Ön Türkçə «mulak/muluk» sözü, «Qurban» anlamına gəlməklə yanaşı «soylu» anlamına da gəlir və Türk dilində daha sonra «yuluk/yuluğ» sözü kimi formalaşıb. Üstəlik məlik titulunun da türklərdən digər dillərə keçməsini filoloji olaraq izləmək mümkündür. «Mülkün məliyi» ifadəsi də yerindədir.


İkinci olaraq YRN ya da RYN olarak yazılan sözün, İran ya da Aryan sözüylə etimoloji bir bağlılığı yoxdur. Aryan sözü Avropalı dilçilər tərəfindən 19-cu əsrin sonunda uydurulmuş bir sözdür. Sümercə «urun», «ulu; uca» anlamına gəlmkdədir (Arif Cengiz Erman «Türklerin Gerçek Tarihi / Türk Dili ve Tarihi Üzerine Tezler»).


Bu baxımdan RTHŞTR MLKN MLK YRN ya da RTHŞTR MLKYN MLK RYN (oxunuşu, “Arthiştir mulukun muluku urunu”) sözləri “Ardaşir kıralların kıralı İran” deyil, “Ardaşir, kırallar kıralı, uca” anlamına gəlir.

Burada bir versiya diqqət çəkir. O dövr hind mənbələrində sansktitcə Midiya nəsilləri Kvaxaştra (müqəddəslər-X.Ə.) adlandırılırdı. Məsələn Budda Şakyamuni (Sak oğlu-X.Ə.) bu nəslə aid edilirdi. Əsil adı Siddxartxa Qoutama olan Buddanın da Midiya sakları nəslindən olması şübhə doğurmur. Bütün mənbələr bunu təsdiqləyir. Sanskritcə ədalətli və xeyirxah şah haqqında yazılmış (e.ə. 321—297-ci illər) Arthaşastra-Artxaşastra (IAST: Arthaśāstra) adlı bir kitab var. Yəni Arthaşastra ədalətli hökmdar anlamında işlənir. O kitabın əsas mövzusu ideal padşahın təsviri, dövlətin ideal quruluşu və onun sinfi quruluşu, yeni ərazilərin inkişafı, qonşularla münasibətlər, müharibə aparmaq üsulları, sülhün bağlanması və qorunması, hökmdarla xalq arasındakı münasibətlərdən bəhs edir. Sanskritcə Arthaşastra {RTHŞSTR} və Artaşir kimi yanlış oxunan {RTHŞTR} elə eyni sözlərə daha çox bənzəməkdədir və Ərdəşir tarixdə ədalətli hökmdar kimi tanınır. Deyə bilərəm ki, Ərdəşir şahın adı deyildi, Sasani şahının adı elə Babəkan olub. Ərdəşir Babəkan isə Ədalətli hökmdar Babəkan deməkdir.

İranın bəzi parabeyin alimləri pəhləvi dilinin türk dilinə uyğunluğunu gizləmək üçün ucuz oyunlardan çıxırlar. Onların uydurduğu və yalanla gizləmək istədiyi fakta diqqət edin: «Azəri dilinin İran dilləri ailəsinə məxsus olduğunu vurğulayan ən qədim mənbə “ibn Müqəffə”dir ki, onun sözləri ibn Nədimin yazdığı Əlfehrest kitabında öz əksini tapmışdır. İbn Müqəfəin sözlərinə görə, Azərbaycanın dili Pəhləvi (Fəhləviyyə) olmuşdur ki, Pələ (Fəhlə) sözünə mənsubdir; yəni Rey, İsfahan, Həmədan, Mah Nəhavənd və Azərbaycanı da əhatə edən ərazi. Bu söz Həmzə İsfahaninin dilindən Yaqut Həməvi və Xarəzminin kitablarında da bir daha qeyd edilmişdir» (Əli Əbdüli — İranşünas). Amma bu fars nökəri bir şeyi anlamayıb. Bu o demək deyil ki, Azərbaycan hansısa fars dilində danışırdı, əslində bu o deməkdir ki, pəhləvi dili türk diliydi. Bu sahədə geniş araşdırmalara ehtiyac var.


İran adı isə ön Türkcədən alınmış bir sözdür. Sümercə iri/uru sözü «şəhər; ölkə» anlamlarına gəlir və daha sonra Türk dilinə «yer, mahal, mövqe» anlamlarına gələn «orun və iren/iran» olaraq alınmışdır. Örnəyin Romanın adı olan və şəhər anlamına gələn Etruskca Ruma sözü də bu kökdən gəlməkdədir (Arif Cengiz Erman «Türklerin Gerçek Tarihi / Türk Dili ve Tarihi Üzerine Tezler»).


Yəni Sasanilər sülaləsi Arsaklardandır. Yəni Böyük Ərsakların Uc bəyi olan Kiçik (Koç) Arsaklar Böyük Arsaklardan fərqli olaraq e.ə. 250 ci ildə şərqdən gəldilər. Onlar tarix səhnəsinə Makedoniyalı İsgəndərin ölümündən 10 il sonra çıxdılar. Onlar Midiya və Albaniyanın əsil sahibləri olan Böyük sak-oğuzların uc bəyliyi olan Kiçik Arsaqlar (Arşakuni) da 24 Oğuz boyunun sol qoluna mənsub olan Üç Okların Dağ Alp (Dağ xan) oğlu Salğur (Salvur) soyundan və Qazan xan sülaləsindən sayılırlar. Xatırladım ki, Böyük Arsaklar da 24 Oğuz boyunun sol qolunu təşkil edən Üç Okların Göy Alp (Göy Xan) oğlu Bayandur boyundandır. Sadəcə Kiçik Arsaklar Səlcuqlular kimi haylara öz çarlarını qoyub onları toplum kimi hücumlardan qorumuşlar. Sonucda xəyanət edərək öz ağalarını Likula satmışdılar (X. Ədəboğlu «Unudulmaz Turanın çöl çiçəkləri» Bakı 2006)…

Avrosentrizmin məqsədi, Qərb (Mordik) tayfalarının dünyaya hökm etmək üçün, imperializm vasitəsilə öz bilgilərinə elmi don geydirərək işğallara zəmin hazırlamaqdır. 17-ci əsrdə, Anqlo-Sakson imperializmi hücum edərkən, bu daha çox əhəmiyyət qazandı. Buna baxmayaraq, Qərbin Hind-Avropa (Arilik) nəzəriyyəsinin bu günkü müzakirələri, araşdırmalar nəticəsində onların yalanlarını ortaya çıxarmaqdadır. Qərbin yalanları ortaya çıxdıqca dönüşü olmayan bir kimliyə doğru yollar uzanır. Bu yol, bu günə qədər aldadılmış Şərq səltənətində milli kimliklərin tapılması yoludur…

Bu xəbəri paylaşın: