26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Kəlbəcər rayon şöbəsi və Şəhid Ailələri, Veteranları və Əlilləri İctimai Birliyinin Kəlbəcər rayon şöbələri tərəfindən Bakı şəhərində genişmiqyaslı toplantı keçirilmişdir. Toplantı, Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixini və müharibə veteranlarının göstərdiyi fədakarlığı anmaq məqsədilə təşkil edilmişdir. Tədbirdə iştirak edənlər əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı zəfər və ordumuzun vətən uğrunda apardığı mübarizəni qeyd etmiş, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət göstərmişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və Şəhid Ailələri, Veteranları və Əlilləri İctimai Birliyi nümayəndələri çıxışlarında ordumuzun gücü, müharibə zamanı qazandığımız qalibiyyətin əhəmiyyəti və Azərbaycanın müstəqilliyinin qorunmasında Silahlı Qüvvələrin rolunu vurğulamışlar. Müharibə veteranları, şəhid ailələri və əlillərin əhəmiyyətli xidmətləri bir daha qiymətləndirilmiş, onların Vətən uğrunda apardıqları mübarizə haqqında danışılmışdır.
AVMVİB-in Mətbuat xidməti