Mingəçevir, 26 iyun 2025-ci il – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsi tərəfindən tədbir təşkil olunub. Tədbir, əvvəlcə Şəhidlər Xiyabanının ziyarəti ilə başlanmış, burada şəhidlərin ruhuna dualar oxunmuş və onların qəhrəmanlıqları bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin ikinci hissəsi AVMVİB Mingəçevir şəhər şöbəsinin iclas zalında davam etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə açan AVMVİB Mingəçevir Şəhər Şöbəsinin sədri Mübariz Rüstəmov bu günün tarixi əhəmiyyətindən bəhs edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, ordumuzun cəsurluğu və müstəqillik uğrunda göstərilən fədakarlıq barədə danışmışlar.
Sonda veteranlara Fəxri Fərmanlar təqdim olunmuşdur.
Daha ətraflı videoda:




