Şəhidlərimizin ruhu ehtiramla yad edildi

24 iyun 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maştağa özəiyinin təşəbbüsü ilə Maştağa qəsəbəsində şəhid Əliyarov Namiq Rza oğlunun anım günü, həmçinin şəhidlər Babyev Ələkbər Əzizağa oğluSultanov Mehdi Bahadur oğlunun mövlud günü münasibətilə ziyarət mərasimi təşkil olunub.

Tədbirdə şəhid ailələrinin üzvləri, döyüş yoldaşları və ictimai birlik nümayəndələri iştirak etmişlər. Şəhidlərimizin uyuduğu məzarlar ziyarət olunmuş, onların əziz xatirəsi ehtiramla yad edilmişdir. Məscidin axundu Hacı Hüseyn Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar ünvanlamışdır.

Ziyarət zamanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi adından – sədr Füzuli Rzaquliyev, sədrin birinci müavini Vahid Abdurəhmanov və Sabunçu rayon şöbəsinin sədri Ramiz müəllimin salamları və başsağlığı şəhid ailələrinə çatdırılmış, ailələrə səbr və dözüm arzulanmışdır.

Bu cür anım tədbirləri Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda canından keçən igidlərin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq şəhidlərimizi heç vaxt unutmayacaq, onların ailələrinin yanında olmağa davam edəcəyik.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-06-24-at-15-06-09

Whats-App-Image-2025-06-24-at-15-06-09-1

Whats-App-Image-2025-06-24-at-15-06-10

Whats-App-Image-2025-06-24-at-15-06-10-1

Whats-App-Image-2025-06-24-at-15-06-10-3

Whats-App-Image-2025-06-24-at-15-06-10-4

Bu xəbəri paylaşın: