Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb.
“Fedai.az” xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.



