Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı Layihənin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Şəmkir rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Şəmkir rayonunda keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Qazax rayon şöbəsinin sədri Vaqif Sadıqov, Şəmkir rayon şöbəsinin sədri Tahir Vəliyev, Şəmkir rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Namazov, həmin şöbənin böyük məsləhətçisi İlkin Musayev və rayon veteranları iştirak iştirak etmişdir.


Layihə rəhbəri V.Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verərək bildirdi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Layihə rəhbəri V.Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Şəmkir rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.


Nəzarət-təftiş komissiyasının sədri N.Quliyev çıxışında bildirdi: “Bizim üçün birinci, ikinci müharibə anlayışı yoxdur. Döyüşçü döyüşçüdür və vətənin müdafiəsində dayanaraq öz sağlamlıqlarını itirmişlərdir. AVMVİB-də müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir.

Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.

AVMVİB-in Mətbuat xidməti

IMG-0488

IMG-0496

IMG-0498

IMG-0503

IMG-0505

IMG-0507

IMG-0511

IMG-0542

IMG-0547

IMG-0551

Bu xəbəri paylaşın: