25 iyun 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maştağa özəyinin təşkilatçılığı ilə şəhid Babayev İlkinin anım günü münasibətilə ziyarət mərasimi keçirilmişdir. Məqsəd – Vətən uğrunda canından keçmiş qəhrəmanın xatirəsini uca tutmaq, onun ailəsinə mənəvi dəstək göstərmək və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək olmuşdur.
Tədbirdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, AVMVİB Maştağa özəyinin sədri Mustafa Mustafayev, Maştağa qəsəbəsinin müharibə veteranları və qaziləri, mətbuat katibi Ağamehdi Hadıyev, 209 nömrəli tam orta məktəbin direktoru Səbahət müəllimə və müəllim kollektivi, həmçinin 255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova və onun rəhbərlik etdiyi pedaqoji heyət iştirak etmişlər. Mərasim zamanı şəhidin uyuduğu məzar ziyarət olunmuş, Qurani-Kərimdən ayələr oxunaraq ruhuna dualar oxunmuş, onun şərəfli döyüş yolundan bəhs olunmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi adından – sədr Füzuli Rzaquliyev, sədrin birinci müavini Vahid Abdurəhmanov və Sabunçu rayon şöbəsinin sədri Ramiz müəllimin öz başsağlıqlarını şəhidin ailəsinə çatdırmış, ailəyə səbir və mətanət diləmişdir.
AVMVİB-in Mətbuat xidməti



