Ağdaşda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının təşəbbüsü ilə rayon ictimaiyyətinin iştirakı ilə tədbir təşkil olunub. Bayram tədbirində müxtəlif dövlət qurumlarının təmsilçiləri, ziyalılar, gənclər, ictimai fəallar və müharibə iştirakçıları ilə yanaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev və şöbə üzvləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yoluna nəzər salaraq, ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə daha da gücləndiyini vurğulayıb. Qeyd olunub ki, 2020-ci ildə əldə edilən Zəfər, 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması Silahlı Qüvvələrimizin gücünün və xalqımızın birliyinin təntənəsidir.

Çıxış edənlər Azərbaycan Ordusunun 107 illik şərəfli tarixi, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna rolundan danışıblar. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərin Vətən uğrunda keçdiyi şərəfli yol alqışlarla xatırlanıb.

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev çıxışında veteranların hərbi vətənpərvərlik ruhunun yaşadılması və gənclərin milli-mənəvi dəyərlərə bağlı yetişməsindəki rolunu qeyd edərək bildirib ki, bu cür tədbirlər həm də xalq-ordu birliyinin möhkəmləndirilməsinə xidmət edir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-06-25-at-23-05-10

Whats-App-Image-2025-06-25-at-23-05-11

Bu xəbəri paylaşın: