İranın bu məsələyə dair dəstəyini alqışlayırıq — Prezident

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük.

Fedai.az xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Bunu ümidverici hadisə hesab edən dövlət başçısı vurğulayıb:

“Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.

Bu xəbəri paylaşın: