AVMVİB Hacıqabul rayon şöbəsi idman turnirinin qaliblərini mükafatlandırdı

05.07.2024-cü il tarixində Hacıqabul rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Hacıqabul rayon şöbəsinin təşkilatçılığı ilə Şəhid Sətdar Raqif oğlu Mehdiyevin adını daşıyan MMA döyüş sənəti məktəbində idman turniri keçirilmişdir.

Turnir çərçivəsində müəllim Allahverdiyev Elşən Telman oğlunun rəhbərliyi ilə Şəhid Sətdar Raqif oğlunun şərəfinə təşkil olunan turnirdə yeniyetmə gənclərə və azyaşlı uşaqlara döyüş sənətini yüksək səviyyədə aşılanması rayon veteranları tərəfindən yüksək səviyyədə qiymətləndirilmiş və tədbirin hərbi-vətənpərvərlik istiqamətində gənclərin formalaşdırılmasında mühüm rol oyandığını qeyd etmişlər.

AVMVİB Hacıqabul rayon təşkilatı turnirdə I, II və III yer tutmuş qaliblərə və Elşən müəllimə Fəxri fərman, gənc döyüşçülərə isə fəxri fərmanla bir yerdə medallar təqdim olunmuşdur.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-07-05-at-21-24-03-1 Whats-App-Image-2024-07-05-at-21-24-03 Whats-App-Image-2024-07-05-at-21-24-02
Bu xəbəri paylaşın: