Xaliq Hüseynov: «Allah Azərbaycanımızı bütün bəlalardan hifz eləsin!»

Hər il olduğu kimi AVMVİB — nin fəxri üzvü, «Dental Estetik Center» stomotoloji klinikanın təsisçisi, həkim Xaliq Hüseynovun təşəbbüsü və təşkilatçılığı bu il də Xətai və Nizami rayonlarında yaşayan bir qrup müharibə veteranları, müharibə əlilləri və şəhid ailələrinə Novruz sovqatı paylanıb.


Bu barədə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verərək bildirdi ki, AVMVİB-nin fəxri üzvü Xaliq Hüseynov bu qəbildən olan insanlara bayram sovqatları verməsi artıq ənənəvi hal alıb. X. Hüseynov Novruz bayramı münasibəti ilə bu insanları təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb.


Hər bayramda olduğu kimi, Xətai və Nərimanov rayonlarının aztəminatlı veteran və şəhid ailələrinə bayram paylarının çatdırılmasında şəxsən iştirak edən Xaliq Hüseynov sosial şəbəkədə bu barədə verdiyi məlumatda deyilir: «Bu gün üzərimizə düşən vəzifə ölkə başçısının, məhz xalqımızın, ölkəmizin təhlükəsizliyi, gələcəyi üçün nəzərdə tutulmuş sərəncamlarından irəli gələn tələblərə birmənalı şəkildə əməl etmək, onun tövsiyələrini təbliğ etməkdir.


Dünyanın ən aparıcı, inkişaf etmiş dövlətləri həm iqtisadi, həm sabitlik, həm də sağlıq baxımından böhran keçirdiyi halda ölkəmiz, xalqımız dövlətimiz tərəfindən tam şəkildə muhafizə olunmaqdadır. Hər bir addımımızda dövlətimizə, ölkə başçısına inanır və onun yanındayıq. Elə bu məqsədlə, bacardığımız yardımı göstərmək üçün biz də öz komandamızla bir qisim şəhid və veteran ailəsini Novruz bayramı ərəfəsində bayram sovqatı ilə sevindirmək istədik. Vətəndaş olaraq bizə yaradılan şəraitin nəticəsi kimi xalqımızın ən gözəl adətlərindən olan qayğıya ehtiyacı olanlarla bayramlaşmağı özümüzə borc bildik. AVMVİB-nin Nərimanov, Xətai rayonlarında yaşayan bir qisim şəhid, veteran ailəsi ilə görüşüb dövlətimizin qayğısını bacardığımız qədər onlara çatdırmağa çalışdıq.
Bir daha bayramınız mubarək, dəyərli həmvətənlərim! Allah Azərbaycanımızı bütün bəlalardan hifz eləsin!»


Xatırladaq ki, AVMVİB-nin fəxri üzvü Xaliq Hüseynovun ad günüdür. Bu münasibətlə AVMVİB Rəhbərliyi Xaliq Hüseynovu təbrik edir, uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayır.


Bütün gözəlliklər sizin olsun!
100 yaşayın Xaliq bəy!


Elnur Səlim

На изображении может находиться: 3 человека, в том числе Vahid Abdurahmanov, свадьба и в помещении
Bu xəbəri paylaşın: