AVMVİB Göygöl rayon şöbəsi üzvlərinə və şəhid ailələrinə yardım edilib

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, AVMVİB — nin Fəxri üzvü Hacı Rövşən Məmmədov və «Nur» market kollektivi Göygöl rayonunda yaşayan imkansız müharibə veteranlarına və şəhid ailələrinə yardım edib. Hacı Rövşən Məmmədovun təşəbbüsüylə 20 ailəyə verilən yardım bu ailələrin 15 günlük ərzaq ehtiyaclarını ödəyəcək.

Yardımların ünvanlara çatdırılmasını AVMVİB Göygöl rayon şöbəsinin sədri H. Hüseynov və üzvləri həyata keçirib. Bu yardımlarla bağlı AVMVİB Göygöl rayon şöbəsinin sədri H. Hüseynov bildirdi ki, Birliyin Fəxri üzvü olan Hacı Rövşən Məmmədov və onun sahibi olduğu «Nur» market bu qəbildən olan insanlara daim diqqət və qayğıyla yanaşır.

Yardımların komplektləşdirilməsində yaxından iştirak edən market kollektivinə də öz minnətdarlığını bildirən H. Hüseynov, bu çətin məqamda yaxşı dostları, əsil Fəxri üzvlərimizi müəyyən etmək çox asandı. Birliyimiz və şöbəmiz adından Hacı Rövşən Məmmədova bir daha öz minnətdarlığımı bildirirəm. Həqiqətən də ölkəmizin prezidenti cənab İlham Əliyevin dediyi kimi «Biz birlikdə güclüyük!»

AVMVİB Rəhbərliyi də Hacı Rövşən Məmmədova öz minnətdarlığını bildirir!

Nurlan Məmmədli

На изображении может находиться: 2 человека, люди стоят, трава, ребенок, на улице и природа
На изображении может находиться: 2 человека, люди стоят, ребенок и на улице
На изображении может находиться: 2 человека, люди стоят и обувь
На изображении может находиться: 2 человека, люди стоят и обувь
На изображении может находиться: 2 человека, люди стоят и обувь
На изображении может находиться: 2 человека, люди стоят, обувь, ребенок и на улице
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •