AVMVİB Sabirabad rayon şöbəsində

AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun verdiyi məlumata görə, bir qrup müharibə veteranı, şəhid ailələri və müharibə əlillərinə yardım edilib.


İmkansız müharibə veteranlarına yardım Azərbaycan Yazıçılar Birliyinin üzvü, QHT rəhbəri İradə Əlilinin dəstəyi ilə baş tutub.

AVMVİB Sabirabad rayon şöbəsinin sədri F. Hüseynov bildirdi ki, nəzərdə tutulan yardımlar müharibə veteranlarına evlərində çatdırılmışdır.


Həmçinin Faiq Hüseynov, veteranlar adından xanım İradə Əliliyə veteranlar adından öz təşəkkürünü bildirib.

Elnur Səlim

Bu xəbəri paylaşın: