Bakıdan rayonlara gediş-gəliş nə vaxt açılacaq?

İyunun 1-dən bəzi qadağalar qaldırılacaq.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən brifinqində məlumat verib.

Sədr ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb:

«Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunması daxildir, bu mümkündür. Masada bu məsələlər müzakirə olunur».

Bu xəbəri paylaşın: