Türkiyədə valini, bizdə icra başçısını necə yola salırlar?-VİDEOLAR

Türkiyə sayaq yola salma mərasimi…

Tuncelilər göz yaşlarıyla uğurladı, Vali ağlayaraq vida etdi…

Tuncelidən Ordu valisi təyin olunan Tuncay Sonel, göz yaşları arasında şəhərlə vidalaşdı və vətəndaşlar ağladılar və yola saldılar.

Tuncelidən Ordu valisi olaraq, təyin olunan Tuncay Sonel, 3 ildir vəzifə yerinə yetirdiyi şəhərdən yüzlərlə vətəndaş göz yaşı tökdü.

Tunceliler gözyaşlarıyla uğurladı, Vali ağlayarak veda etti
Tunceliler gözyaşlarıyla uğurladı, Vali ağlayarak veda etti

Prezident Fərmanı ilə Tunceli valiliyindən Ordu valisi təyin olunan Tuncay Sonel, valilik qarşısında toplanan yüzlərlə adam tərəfindən yola salındı. Vali Sonel, Jandarma İlçe Komandanı Briqada generalı Turgay Aras, İl Jandarma Komandanı Polkovnik Sinan Şen və müavinləri ilə birlikdə yola salmaq istəyənlərə vida etdi. Bu vaxt, Valilik qarşısında gözləyən 80 yaşındakı iki qadın Vali Soneli qucaqladı. «Sizdən çox məmnun olduq, getməyini istəmirik. Bizə çox köməyiniz dəydi»-deyən qadınların əllərini öpən Vali Sonel onlardan halallıq istədi. Danışarkən göz yaşlarına hakim ola bilməyən Vali Sonel, işlədiyi vaxtlarda Tuncelinin adının terrorizmlə xatırlanmadığını və turizm şəhərinə çevrildiyini söylədi…

Tunceliler gözyaşlarıyla uğurladı, Vali ağlayarak veda etti

Azərbaycan sayaq yola salma mərasimləri…

1. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Ağstafanın icra başçısı belə saxlanıldı - (VİDEO) - AzToday

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

2. Toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı haqqında "həbs ...

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

3. İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub. Belə ki, istintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

... Çoxunun da gözləri yolda, qulaqları səsdə qaldığından işləmək yadlarına da düşmür…

Elnur Səlim

Bu xəbəri paylaşın: