Düşmən cəbhədə nəzarətdən çıxmış hərbi birliyi Daxili Qoşunlarla əvəz etməyə çalışır

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Naziliyindən verilən məlumata görə, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Olayla bağlı Modern.az saytı maraqlı bir versiya irəli sürüb: «Tovuzdakı insidentlə Yura Xaçaturovu əlaqələndirən səbəb isə onun oğlu Qriqori Yuraeviç Xaçaturovdur. Belə ki, general-mayor Qriqori Xaçaturov hazırda Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Bu korpus isə Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətdə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay isə Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərində yerləşir.

Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. Aqressivliyi ilə ad çıxaran Qruqori Xaçaturov ölkə daxilində də adının qalmaqallarda hallanmasından sığortalanmamışdı. Belə ki, korpus komandiri təyin olunana qədər, Qriqori Xaçaturov Ararat vilayətində yerləşən Vazgen Sarkisyan adına hərbi hissəsinin komandiri olub və mənfi reputasiya qazanıb.

“Bəzən əsgərləri diz çökməyə və Xaçaturovun hərbi çəkmələrini öpməyə vadar edirdilər. O və “Roj” ləqəbli müavini Vardan Martirosyan hərbi hissəsin kriminal qanunlarla idarə edir, əsgər və zabit-gizir heyətinə fiziki, psixoloji işgəncələr verirdilər”- deyə hüquq müdafiəçisi Artur Sakunts açıqlama vermişdi. O, atasının və Ermənistan rəhbərliyinin himayəsi altında olan Xaçaturovun ağır cinayətlərə yol verdiyini, rəhbəri olduğu hərbi hissə və korpuslarda şəxsi heyət arasında döyüş və qeyri-döyüş itkilərinin xeyli yüksək olduğunu xatırladıb.

Son illər Dövlət Sərhəd Xidməti də daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələri üçün Qarabağdan sonra ən gərgin cəbhə xəttinin Qazax-Tovuz rayonları istiqamətində yaranması, təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovun adı ilə bağlıdır.»

Bu ordunun Paşinyanın nəzarətindən çıxması deməkdir. Həmçinin, əraziyə daha sadiq Daxili Qoşunların yeridilməsi faktını MN sözçüsü Şuşan Stepanyanın öz facebook səhifəsində «2 polisin yaralanması» ilə bağlı etdiyi paylaşım da təsdiq edir. Əslində ölənlər və yaralanlar əsasən önə çıxarılmış Daxili Qoşunların xüsusi təyinatlılarıdır. Polkovnik Xaçaturovun qiyamçı hərəkətləri barədə məlumat veriləcəyi gözləntilər arasındadır.

Bu xəbəri paylaşın: