Şəhidlərimiz var: Bunca yetər demək vaxtıdır!

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.


Fedai.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

«İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar», -deyə o, bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıdaları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

1) General-mayor Polad Həşimov

2) Polkovnik İlqar Mirzəyev

3) Mayor Əhmədov Namiq Hajan oğlu

4) Mayor Novruzov Anar Gülverdi oğlu

5) Gizir Zeynallı ilqar Ayaz oğlu

6) Gizin Babayev Yaşar Vasif oğlu

7) Müddətdən artıq hərbi xidmət qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Allah şəhidlərimizə rəhmət eləsin!

AVMVİB Rəhbərliyi Azərbaycan xalqına və şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Məkanları cənnət olsun!

P.S. Düşmən tərəfi bizim mövqeləri vurmalarıyla bağlı video yayıblar. Ermənistan MN mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bunu öz facebook səhifəsində paylaşıb.

Videonu təqdim edirik:

ՀՀ ԶՈՒ ստորաբաժանումները ոչնչացնում են Տավուշի սահմանամերձ բնակավայրերը հրետակոծած ադրբեջանական հենակետերըՀ․Գ․ վերջը ուշադիր նայեքՀ․Գ․ նոր տեսանյութերը՝ առաջիկայումПодразделения ВС РА уничтожают азербайджанские опорные пункты, обстреливавшие пограничные поселения Тавуша.P.S в конце видео — внимательнееP.S новое видео — скоро

Posted by Shushan Stepanyan on 14 İyul 2020, Çərşənbə axşamı
Bu xəbəri paylaşın: