Sumqayıt Dövlət Universitetinin rektoru ölkə qanunlarını vecinə almır

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən müharibəsi veteranı Məmmədov Tohid Dilən oğlu Sumqayıt Dövlət Universitetinin (SDU) rektorunun qanunsuz əməllərindən müxtəlif dövlət qurumlarına müraciətlər ünvanlayıb.


Universitetdə üzləşdiyi haqsızlıqlarla bağlı əməli cavab almayan müharibə veteranı Tohid Məmmədov ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib.


Müraciətin mətnini olduğu kimi nəzərinizə çatdırırıq:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Tarix üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı Məmmədov Tohid Dilən oğlundan


Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/27, mənzil 20 (Mobil telefon: 055-9932838)

Ərizə


Hörmətli Prezident!
Respublikamızda gedən islahatlar Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin və Sizin rəhbərliyiniz altında erməni faşistlərinə qarşı ordumuzun qələbəsi mənim və Azərbaycan xalqının ürəyincədir,bizləri cox sevindirir. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin və Sizin rəhbərliyiniz altında doğma Qarabağımız düşməndən azad olunmuş, ölkəmizin
ərazi bütövlüyü bərpa edilmişdir. Müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanı çiçəklənən dövlətə çevirmisiniz.


Hörmətli Prezident!
Mən SDU-nun Rektorunun qanunsuz əməllərindən müxtəlif dövlət qurumlarına müraciətlər etmişəm.Lakin mənim müraciətlərim hərtərəfli araşdırılmamış və SDU-nun rektorunun marağı müdafiə olunmaqla bəzi ərizələrimə cavablar verilmişdir. Mənə verilən cavablar vətəndaşı aldatmağa yönəlmiş və heç bir hüquqi əsası olmayan cavablar verilmişdir.Verilən cavablarla aşağdakılara görə razı deyiləm.


Təhsil Naznin müşaviri,informasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov tərəfindən Təhsil Nazirliyinin əməkdaşı Tünzalə xanımın icraatında 17 yanvar 2020-ci il M-849 nömrəli Təhsil Nazirinə müracət edilmiş, 22 yanvar 2020 M-849/01 nömrəli Prezidentə müracət edilmiş, 6 fevral 2020-ci il tarixli M-849/2 nömrəli Birinci Vitse Prezidentə müraciət edilmiş, 11 fevral 2020-ci il tarixli M-849/3 Nömrəli Birinci Vitse Prezidentə müraciət edilmiş, 27 fevral 2020- ci ildə M-849-4 nömrəli Birinci Vitse Prezidentə müraciət edilmiş 5 ərizənin yalnız birinə 11.02.2020-ci il M-849/3 nömrəli cavab verilmişdir.


Təhsil Nazirliyi tərəfindən verilən cavablarda bildirilir ki,güya mən Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistemi tərəfindən 26.02.2020-ci il tarixində SDU-nun qəbuluna yazılmışam, lakin 28.02 2020-ci il tarixində keçirilmiş qəbulda iştirak ertməmişəm. Bu tamamilə yalandır, şantaj xarakteri daşıyır. Mən qəbula yazılmamışam və mənim mobil telefonuma məlumat verilməyib. Mənə qarşı qərəzçilik edən Rektorun qəbuluna yazılmaq da istəmirəm, onun mənə müharibə veteranına, tarix üzrə fəlsəfə doktoruna qarşı edilən haqsızlığa qarşı Təhsil Nazirliyi heç bir təsir göstərmrir.


Hörmətli Prezident!
Üstəlik, Təhsil Nazirliyi mənim müraciətlərimi bir neçə dəfə baxılması üçün Sumqayıt Dövlət Universitetinə göndərilmişdir.Halbuki bu qanunvericiliyin tələblərinə ziddir. Belə ki , “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun 7.13 maddəsinə əsasən “Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət
edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır”.


Təhsil nazirliyi tərəfindən 10.03.2020-ci il tarixində mənə verdiyi cavabda bildirir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2020-ci il 15 yanvar 2019-cu il 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4.18-ci bəndinə əsasən ali təhsil müəssisələrində elmi pedoqoji (professor-müəllim heyyəti, dekan və kafedra vəzifələrinin tutulması seçki,digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda ali təhsil müəssisənin rektorunun əmri ilə rəsmiləşdirilir.


Bu deyilənlərin mənə heç bir aidiyyəti yoxdur. Belə ki,Təhsil Nazirliyinin mənə verdiyi cavabdan belə görünür ki, məni kənardan gəlmiş biri kimi qələmə verərək, cənab Prezidentin 24.07.2015-ci il tarixli 574 nömrəli fərmanı və Təhsil Nazirinin bu barədə olan sərəncamına əsasında AMİ-nin Sumqayıt Filialnın SDUya birləşdirilməsi,həmçinin filalın müəllimlərinin SDU-da işlə təmin olunmalı heç bir münasibət bildirilməyib. Təhsil Nazirliyi SDU-nun rektorunun mənə qarşı qərəzçilik mövqe tututmasını, qanunsuz hərəkətlər etməsini ört-basdır edir. Mənim müharibə veteranı və tarix üzrə fəlsəfə doktoru olmağıma heç bir münasibət bildirmir.


Sumqayıt Dövlət Universitetinin Rektoru Elxan Hüseynov bildirir ki,güya mən Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistemi tərəfindən 26.02.2020-ci il tarixində SDU-nun qəbuluna yazılmışam,lakin 28.02 20-ci il tarixində keçirilmiş qəbulda iştirak ertməmişəm. Bu tamamilə yalandır,şantaj xarakteri daşıyır. Mən qəbula yazılmamışam və mənim
mobil telefonuma da bu haqda mesaj göndərilməyib.Bu Mənə qarşı qərəzçilikdən başqa bir şey deyildir? Bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli 574 nömrəli fərmanına əsasən ,o cümlədən,Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filial ləğv olunduğu üçün Təhsil Nazirinin 07.08.2015-ci il tarixli 860 nömrəli əmrilə SDU-ya Sumqayıt filialının yalnız tələbə
kontinigenti köçürülmüşdür. Rektor Hüseynov Elxan bildirir ki,filialın əməkdaşlarınqa kömək məqsədi ilə mütəxəssislərdən ibarət SDU-da komissiya yaradılmış, professor-müəllim, tədris köməkçi heyyət ixtisaslarına uyğun komissiyadan kecərək yüksək nəticə göstərən vətəndaşlar Universitetin vahid ştat cədvılinin imkanı daxilində isə işlə təmin olunmuşdur. O, bildirir ki, mənim
diplomum hüquqşünas ixtisası olduğuna görə və SDU-da hüquqşünas ixtisasına uyğun fənn tədris olunmur. Bu cavab məni qane etmir, həmin vaxt SDU-da kifayət qədər mənim AMİ-nin Sumqayıt filialında tədris etdiyim “Azərbaycan Respublikasnın Konstitusiyası və hüququn əsaslıarı” fənni kifayyət qədər var idi, indi də var. Belə ki, 05.10.2020-ci ildə mənə verilən cavabda bildirir ki, SDU-da
“Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənnindən 648 saat dərs saatı olmuş həmin fən SDU-nun dosentinə verilmişdir.

Göründüyü kimi 02.03.2020-ci il tarixdə verilən cavab 05.10.2020-ci il tarixdə SDU tərəfindən verilən cavab ziddiyyət təşkil edir. Verilən cavabların hansının hansının düzgün olmasını araşdırmağınızı xahiş edirəm.Hal-hazırda həmin fənni tədris edən dosent
eyni zamanda SDU-nun hüquqşünasıdır. Yəni iki vəzifə aparır. Bu isə qanunvericiliyə ziddir. ”Davamlı insan inkişafı” fənninə gəldikdə isə filial SDU-ya birləşdiyi ildə həmin fənn SDU-nun “Pedaqoqika və psixologiya kafedrasına verilmiş və 3 müəllim arasında bölüşdürülmüşdür. Həmin fəndən dərs deyən müəllimlərin heç bir elmi dərəcəsi yox idi və mənim tərtib etdiyim mühazirələrdən istifadə edirdilər. Növbəti tədris ilində isə həmin fənn “fəlsəfə və sosial fənlər”kafedrasına verilmişdir. Bundan başqa mənim tədris etdiyim “Davamlı İnsan inkişafı” fənni bilərəkdən aidiyyəti olmayan müəllimlərə verildi. Baxmayaraq müharibə veteranı olmağım, müdafiə ərəfəsində olmağım,mənimlə eyni kafedrada işləyən,göstəricisi məndən qat-qat aşağı olan müəllimlər işə götürüldü, mən isə kənarda qaldım? Halbuki qüvvədə olan Əmək Məcəlləsinin 78-ci maddəsində İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər göstərilmişdir ki “2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:


-şəhid ailəsinin üzvlərinə;


-müharibə iştirakçılarına;

-əsgər və zabitlərin arvadına (ərinə); və s.”


Elxan Hüseynov bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 15 yanvar tarixli qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsin müəssisələrinin Nümunəvi nizamnaməsi”nə əsasən professor müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki yolu ilə həyata keçirilir mən bunu bilirəm,ancaq bunun mənə heç bir aidiyyəti yoxdur.Belə ki,Nazirliyin mənə verdiyi cavabda mənim kənardan gəlmiş biri kimi qələmə verərək,cənab Prezidentin 24.07.2015-ci il tarixli 574 nömrəli fərmanı və Təhsil Nazirinin bu barədə olan sərəncamı əsasında AMİ-nin Sumqayıt Filialnın SDU-ya birləşdirilməsi, həmçinin filalın müəllimlərinin SDU-da işlə təmin olunmalı heç bir münasibət bildirilməyib.


SDU-nun rektoru mənə qarşı qərəzçilik mövqe tutur və qanunsuz hərəkətlərini örtbasdır edir,sanki mən müharibə veteranı və tarix üzrə fəlsəfə doktoru olmağımı görmək istəmir.


Elxan Hüseynov bildirir ki,əmək müqaviləsinin bağlanması yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.Əmək məcəlləsinin 10-1.1-10-1.2 maddəsinə əsasən Dövlət büdcəsindən maliyələşən müəssisələrdə çalışmanın yaş hədi 65-dir. Ali təhsil müəssisələrinin Nümunəvi nizamnaməsinin 6-8 maddəsində göstərilir ki, təhsil müəssisələrində akademik və inzibati vəzifənin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin yaş həddində çalışan pedoqoji işçilər akademik və inzabati vəzifə tutmamaq şərti ilə,təhsil müəssisəsinin pedoqoji və elmi fəaliyyətində iştirak edə bilərlər. Bundan başqa Respublika Prezidentinin Ali təhsil müəssisələrində çalışan pedoqoji iççilərin və elmi müəssisələrdə calışan işçilərin yaş həddi yoxdur, mənim sağlamlığım və savadım pedoqoji fəaliyyətimi davam etdirməyə imkan verir? Elxan Hüseynov bildirir ki, güya mənim baza təhsilim olan hüquqşünas ixtisası üzrə SDU-da dərs tədris olunmur. O, yalnış məlumat verir. SDU-da həmişə “Azərbaycan Respublikasının Konstitusiyası və Hüququ əsasları” fənni üzrə dərs tədris olunub və indi də var.Bundan başqa o bildirir ki,mənim dissertasiya mövzum olan “Azərbaycan Respublikasının İnterpol sistemində fəaliyyəti tarixi haqqında”da dərs tədris olunmur. Hansı ki, Azərbaycan Respublikasının Prezdenti Yanında Ali Atestasiya Komisiyası 1 fevral 2019-cu il tarixində (protokol№2K) qərarı ilə mən — Məmmədov Tohid Dilən oğluna Tarix üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi vermişdir,mənim Ali məktəbdə tarix fənlərindən dərs demək hüququm vardır.Nazirlər kabinetinin qərarı ilə hər müəllimə il ərzində 500 saat verilməli olduğu halda məndə olan məlumata görə onun nə marağı vardır ki, hər tarix müəlliminin 1000 saata qədər dərsi vardır ?


Mənim 14.05.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinə, Birinci Vitse Prezdentinə və Təhsil Nazirinə ünvanladığım sorğu xarakterli ərizə 6.06.2020 tarixində təhsil nazirliyinə daxil olmuş və qeydiyyata alınmışdır. Təhsil Nazirliyi ərizəmi hərtərəfli araşdırmaq əvəzinə ötən müraciətlərimlə guya eyni məzmunlu olduğu üçün arxivə verilmiş və bu haqda mənə heç bir rəsmi məlumat verilməmişdir. Halbuki mənim qoyduğum suallar ötən müracitlərimdə yox idi və eyni məzmunlu deyildi. Mənə verilən axırıncı cavab məndə bir sıra suallar doğurdu və buna görə də yenidən sözü gedən ali dövlət qurumlarına sorğu xarakterli müraciət etdim. Lakin bu günə kimi də mənim müraciətimə və qoyduğum suallara cavab verilməmişdir. Yəni göründüyü kimi mənim sonuncu ərizəm əvvəlki müraciətlərimlə eyni məzmunlu deyildir.Bununla əlaqədar 17.06.2020 tarixində Azərbaycn Respublikası Prezidentinə teleqram vurmağıma baxmayaraq hələ də bir cavab yoxdur.


Müxtəlif kütləvi informasiya vasitələrində SDU-nun rektoru haqqında yazılan neqativ xarakterli məlumatları da ərizəyə əlavə edirəm . 88 elmi əsərin eyni zamanda bir geniş həcmili monoqrafiyanın müəllifiyəm. Lakin təssüflər olsun ki, mənimlə eyni kafedrada işləyən,heç bir elmi fəaliyyəti olmayan müəllimlər işə götürüldü. Bu məktubda göstərilən SDU-da təşkil olunan komissiyanın obyektivliyinə də şübhə edirəm. 2019 – cu ildən bəri SDU rəhbərliyi tərəfindən mənə 4 dəfə cavab verilmişdir.Lakin verilən cavabların hamısı bir-biri ilə ziddiyyət təşkil edir. SDUnun 02.03.2020-ci il tarixdə mənə ünvanlanan cavablar bir sıra suallar doğurmuş və buna müvafiq olaraq mən aidiyyəti dövlət qurumlarına sorğu xarakterli bir sıra suallar yazmışam, lakin həmin suallara da cavab verilməmişdir. Həmin suallara da cavab verilməsini xahiş edirəm.


Odur ki aşağdakı məsələlərə bir daha aydınlıq gətirilməsini xahiş edirəm.Hörmətli Nazir 2019-cu ilin noyabr ayından bu məsələ ilə bağlı müxtəlif ali qurumlara o cümlədən prezidentə və vitse prezidentə müraciət etmişəm. Sonuncu müraciətim 14.05.2020-ci ildə etmişəm.Lakin bu günə kimi ərizəmə heç bir cavab verilməyib. Ərizəm təhsil nazirliyindədir.Lakin elmi dərəcəm və müharibə veteranı
olmağıma baxmayaraq Təhsil Nazirliyi bu məsələyə biganə yanaşaraq heç bir tədbir görmür. Təhsil Nazirliyi məsələyə obyektiv baxmaq əvəzinə ərizəyə baxılması üçün yenidən 14.09.2020-ci il tarixdə SDU-nun rektoruna göndərilmişdir.Ərizənin şikayət olunan subyektə göndərilməsi fikrimizcə,cənab Prezident Sizin ölkəmizdə apardığınız islahatların ruhuna ziddir. Görunur ki, Təhsil Nazirliyinin SDU-nun rektoruna təsir mexanizmi yoxdur.


Hörmətli Prezident!
Bu ərizəmi mən cənab prezidentə 2021-ci il yanvar ayında müraciət etdim. Bununla əlaqədar 2021-ci il 18 fevral tarixində Prezident Administrasiyasiyasının humanitar şöbəsi ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, mənim ərizəm baxılmamış saxlanılmış və mənə bu haqda heç bir yazılı cavab verilməmişdir.Lakin 2021-ci il ərzində bu mənim ilk müraciətim idi. Hətta Prezident Administrasiyası humanitar şöbəsinin əməkdaşı mənə məhkəməyə müraciət etməyi məsləhət gördü. Halbuki, Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndində deyilir : ”Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.Yəni Konstitusiyanının 71- ci maddəsinin tələbinə görə vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qaydasını seçməkdə sərbəstdir.


Hörmətli Prezident!
Təhsil Nazirliyi və SDU-nun rəhbərliyi tərəfindən 2020-ci il ərzində etdiyim müraciətlərə verilən cavablar məni qane etməmişdir.Cün ki, mənim qoyduğum suallara hec bir cavab yox idi. Təssüflər olsun ki, bu dəfə də keçmişdə verilmiş köhnə cavablar mənə köndərilmiş və suallarıma yenə də cavab verilməmişdir. Mənim müraciətlərim 2 dəfə nəzarətə götürülmüşdür. 1-ci dəfə Nazirlər Kabineti tərəfindən 28 noyabr 2019-cu ildə 2-ci dəfə isə 1.3.2021-ci il tarixli yeni müraciətim Prezident Adminstrasiyası Humanitar şöbəsi tərəfindən nəzarətə götürülmüşdür.Baxmayaraq ki,bu dəfəki ərizəmə əlavə sənəd və materiallar da təqdim etmişəm.İndi isə Təhsil Nazirliyi bildirir ki, cavabı Prezident Adminstasiyasından almalısan. Prezident Adminstasiyasının humanitar şöbəsindən isə mənə bildirdilər ki, güya mənə cavab verilmişdir.Tarix üzrə fəlsəfə doktoruna, müharibə veteranına olan “qayğı” belə olmalıdirmı? Bildirəm ki, mənim 1.3.2021-ci il tarixli sizə olan müraciətimə heç bir cavab verilməmişdir.


2021-ci il yanvar ayında Prezidentə göndərdiyim müraciət Təhsil Nazirliyi tərəfindən çox qəribə şəkildə cavablandırılmışdır.SDU-da kifayət qədər dərs saatı olduğu,Təhsil Nazirinin müvafiq sərəncamı olması və göstəricilərimin mənimlə eyni kafedrada işləyən digər müəllimlərdən qat-qat yüksək olmasına və 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmağıma baxmayaraq nə ücün işə qəbul olunmadım?


Odur ki aşağdakı məsələlərə bir daha aydınlıq gətirilməsini xahiş edirəm.


1.Nə üçün mənim razılığım olmadan və məumat verilmədən məni SDU-nun rektorunun qəbulna yazırlar?

2. SDU-da kifayət qədər dərs saatı olduğu halda, Təhsil Nazirinin müvfiq sərəncamının olması və göstəricilərimin mənimlə eyni kafedrada işləyən digər müəllimlərdən qat-qat yüksək olmasına və I Qarabağ müharibəsi iştirakçısı olmağıma baxmayaraq nə üçün işə qəbul olunmadım?
3.Ali təhsil müəssisələrində işləyən müəllimlərə yaş həddi müəyyən edilmişdirmi?
4.Elmi iş müdafiə edənlər yalnız müdafiə etdikləri mövzudan dərs deməlidirlərmi?
5.SDU-nun rəhbərliyinin yalanlarına Təhsil Nazirliyi nə üçün reaksiya vermir?


Cənab Prezident!
Mənim sizə və müxtəlif dövlət qurumlarına etdiyim şikayət ərizələrinə Təhsil Nazirliyi “Elm Ali və Orta İxtisas Təhsili” şöbəsinin müdiri Nicat Məmmədli tərəfindən 16.06.2021-ci il və 29.06.2021-ci il tarixdə guya cavab verilmişdir. Bir daha bildirirəm ki, şikayət ərizəsində mənim qoyduğum heç bir suala cavab verilməmişdir. Lakin Nicat Məmmədli Bildirir ki, mənim müraciətlərimə guya əsaslandırılmış cavablar verilmişdir. Bütün bunlar gözdən pərdə asmaq məqsədi güdür və SDU-nun rektoru Elxan Hüseynovun mənafeyini müdafiə edir. Görəsən Təhsil Nazirliyinin marağı nədir ki, mənim suallarıma heç bir cavab verməyən SDU rəhbəriyini müdafiə edir?


Prezident Administrasiyası Humanitar şöbəsi də mənim ərizələrimə cavab vermək əvəzinə müraciətimi ya baxılmamış saxlayır, ya da ki, Təhsil Nazirliyinə göndərir. Təhsil Nazirliyinin də verdiyi “cavablar” göz qabağındadır.


Hörmətli Prezident!
Yuxarıda qeyd etdiyim faktları yoxlamaq üçün SDU-ya müvafiq komissiya göndərilməsinə göstəriş verməyinizi bi daha sizdən xahiş edirəm.


Hörmətli Prezident!
Görünür Respublikamızda aparılan islahatlar SDU-nun Rektoru Elxan Hüseynova aid deyildir və o,nəticə çıxarmır.SDU-da qanunsuzluq və özbaşınalıq baş alıb gedir.Sizdən xahiş edirəm SDU-nun rektoru Elxan Hüseynovun barəsuində tədbir görəsiniz və mənim tarix üzrə fəlsəfə doktoru və müharibə veteran olmağımı nəzərə alıb mənim işimə bərpa olunmağım üçün göstəriş verəsiniz.

P.S. Mövzuya qayıdacağıq. Məlum mərkəz fəaliyyətdədir. Hədəfdə isə erməniyə qarşı döyüşənlər və şəhid olanların ailələridir…

Bu xəbəri paylaşın: