Şəhid Ağayev Vaqif Şəmsəli oğlunun Anım Günü keçirildi

ŞƏHİD Ağayev Vaqif Şəmsəli oğlu 22.02.1968-cı il tarixində Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur.
ŞƏHİD Ağayev Vaqif Şəmsəli oğlu Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş M/N tərkibindəki 706 saylı h/hissədə, cəbhənin ön xəttində xidmətə başlamışdır.
ŞƏHİD Ağayev Vaqif Şəmsəli oğlu 10.08.1993-ci ildə Qubadlı ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur.
ŞƏHİD Ağayev Vaqif Şəmsəli oğlu müqəddəs ruhu şaddır. Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır. Məzarı Bankə qəsəbəsindəki Seyyidləq qəbristanlığında dəfn edilib.

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.

AVMVİB Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Whats-App-Image-2024-08-10-at-11-52-27 Whats-App-Image-2024-08-10-at-11-52-29 Whats-App-Image-2024-08-10-at-11-52-30

Bu xəbəri paylaşın: