AVMVİB-in nümayəndə heyəti Qazaxıstana yola düşmüşdür

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin müvafiq əmri ilə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini təyin olunmuşdur.

***

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin digər əmri ilə TURAN-Türk Dövlətləri Veteranlar Birliyinin III Forumunda iştirak etmək üçün Qazaxıstan Respublikasına ezamn edilən nümayəndə heyətinin müəyyən edilmiş tərkibi ilə görüş baş tutmuşdur.

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçiriləcək TURAN-Türk Dövlətləri Veteranlar Birliyinin III Forumunda iştirak edəcək nümayəndə heyətini qəbul edən AVMVİB sədri Füzuli Rzaquliyev nümayəndə heyəti ilə görüşdə forumun daşıdğı tarixi vəzifədən danışmış, tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, nümayəndə heyətinə uğurlar arzulamışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov əmrdən irəli gələn bütün zəruri məsələrin həll edildiyini, nümayəndə heyətinin Qazaxıstana 3 günlük səfəri müddətində qarşıya çıxa biləcək hər hansı çətinliklərin, eyni zamanda mühüm məsələlərin daim Baş İdarə ilə koordinasiya edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.

Qeyd edək ki, AVMVİB sədrinin müvafiq əmri ilə nümayəndə heyətinin tərkibində AVMVİB Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov, polkovnik Tahir Yusifov və AVMVİB beynəlxalq əlaqələr üzrə sədr müavini Elmar Hüseynov — nümayəndə heyətinin rəhbəri qimsində — yer almışdır.

Sonra nümayəndə heyəti təntənə ilə Qazaxıstan Respublikasına yola salınmışdır.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: