AVMVİB sədrinin I müavini Kamil Şirinovun 60 illik yubileyində onun əziz xatirəsi anılmışdır

Cənnətdəki 60 yaşın mübarək, Kamil müəllim!

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini, sıraımızı vaxtsız tərk etmiş Kamil Şirinovun əziz xatirəsini yad etmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyəti — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla AVMVİB İdarə Heyətinin üzvləri, AVMVİB-in müvafiq şöbə sədrləri və üzvləri İmişli şəhərində olmuşlar.

Kamil Şirinovun 60 illik yubileyinin işığına toplaşan AVMVİB rəhbərliyi, şöbə sədrləri və üzvləri, Kamil Şirinovun ailə üzvləri, dostları, iş və döyüş yoldaşları iştirak etmişlər.

Əvvəlcə Kamil Şirinovun məzarı ziyarət ziyarət olunmuş, ruhuna dualar oxunmuş, ziyarətçilər onunla bağlı xoş xatirələrini bölüşmüşlər.

Məkanı cənnət olsun, Kamil müəllim!
ALLAH rəhmət etsin!

AVMVİB Mətbuat Xidməti

Whats-App-Image-2024-08-11-at-19-35-44 Whats-App-Image-2024-08-11-at-19-35-44-1

Whats-App-Image-2024-08-11-at-19-35-44-2 Whats-App-Image-2024-08-11-at-19-35-45

Whats-App-Image-2024-08-11-at-19-35-45-1 Whats-App-Image-2024-08-11-at-19-37-44

Bu xəbəri paylaşın: