AVMVİB sədri: «Ölkəmizin suverenliyi milli sərvətimizdir»

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ölkə başçımızın bu nitqi ilə əlaqədar saytımıza münasibət bildirib.

Veteran.az xəbər verir ki, AVMVİB sədri Füzuli Rzaquliyev bu tarixi nitqlə bağlı aşağıdakı məsələlərə toxunub. O bildirib ki, Ali Baş Komandan İlham Əliyev cənablarının nitqi öz ərazilərini işğaldan azad etmiş suveren Azərbaycan dövlətinin başıuca vətəndaşlarına həm də tarixi bir çağırışdır. Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilərin həyata keçirilməsi, suverenliyimiz xaqlımızın milli sərvətidir. Biz bu sərvəti ədəbi qoruyacağıq. Belə bir kürsüdən bu fikirlərin səsləndirilməsi, eyni zamanda, düşmənləri xəbərdar edən bir mesajdır.

«Artıq 30 ilin işğalı arxada qalmışdır. Hazırda ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və bu inkişafın ilkin təzahürləria artıq göz önündədir. Sözsüz ki, bu inkişafı gözü götürməyən xarici qüvvələr və onların daxili havadarları bu inkişafa mane olmağa çalışırlar. Bunun üçün ilk növbədə əsas vəzifə Silahlı Qüvvələrimiz daha da gücləndirilməsidir.

Biz — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi dövlət siyasətini dəstəkləyir və hər zaman Prezidentimizin yanında onun əmrinə hazır olduğunu bəyan edir».

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: