Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsi əsaslı təmirdən sonra üzvlərin ixtiyarına verilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev öz gücünə və şəxsi vəsaitləri hesabına AVMVİB Sumqayıt şəhər şöbəsinin yerləşdiyi otaqlarda təmir-bərpa işlərini həyata keçirən və şöbənin maddi-texniki bazanı yeniləyən Vətən oğullarına öz təşəkkürünü ifadə etmişdir.
Tədbirdə AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov, AVMVİB Xətai rayon şöbə sədrinin təşkilati məsələlər üzrə müavini Əhli Həbiyev, AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov iştirak etmişlər. Eyni zamanda bu gözəl işdə dəstək nümayiş etidrən AVMVİB sədrinin müavini Quliyev Mübariz Hacı oğluna təşəkkür ifadə edilmişdir.
AVMVİB Mətbuat xidməti