Şəhidlərimizə həsr olunmuş rəsm sərgisi baş tutdu

Suraxanı rayon Heydər Əliyev mərkəzində rəssam Şəmsəddin Böyükdüzlünün «ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ'» adlı sərgisi baş tutmuşdur. Rəssamın sərgisində 20-dən artıq ŞƏHİDİMİZİN portiretləri nümayiş olunmuşdur.

Tədbirin təşkilatçısı qismində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və həkim Asif Kəngərli gələcəkdə də belə xeyirxah, eyni zamanda mədəni və vətənpərvər məzmun daşıyan tədbirlərin həyata keçirilməsi ilə bağlı təşəbbüskarlıqla çıxış edəcəklərini bəyan etmişdir.

Tədbirdə həkim Asif Kəngərli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı r.ayon şöbəsinin sədi Eldar Rüstəmov, ŞAMC-ın Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva iştirak etmişlər. Şəhid bacısı Bəhiyyə xanımın aparıcılığı tədbirin gözəlliyinə əlavə bir rövnəq qatmışdır.

Sərgidə çıxış edən şəhid ailələri, qazilər və müharibə veteranları rəssamın bu gözəl təşəbüsündən, onun özünün muharibə veteranı olmasından danışmış, rəssamın sənətini alqışlamışlar.

Qeyd edək ki, rəssam Şəmsəddin Böyükdüzlü indiyə qədər 1627 şəhidin portiretini çəkibdir. Sonda şəhidlərin portiretləri şəhid ailələrinə təqdim edildi.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-10-11-at-17-33-03

Whats-App-Image-2024-10-11-at-17-33-04

Whats-App-Image-2024-10-11-at-16-35-20

Whats-App-Image-2024-10-11-at-16-35-20-1

Bu xəbəri paylaşın: