Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, 1974-cü il təvəllüdlü, 1991-1993-cü illər 701 saylı h/h 3- cü taborun (712 saylı H/h, Kəlbəcər Batalyonu) əsgəri, 1993- cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı itkin düşmüş Mustafayev Möhübbət Qənimət oğlunun meyidi Kəlbəcərdə tapılaraq 01 noyabr 2024-cü il tarixdə Tərtər rayonunun Seydimli kəndində dəfn olunub. Mustafayev Möhübbət Qənimət oğlu qardaşı Ənvərlə itkin düşdüyü məlum idi. lakin Kəlbəcər rayonunun işğalı zamanı ermənilərlə döyüşdə Ənvər həlak olmuş, Möhübbət isə yaralandığı və gülləsi qurtardığı üçün İstisu qəsəbəsinə qayıtmışdır. Orada qəsəbədə qalmış qonşuları ilə görüşür və yarasını sarıtdırır. həmin qonşu qadın və bir oğlan sonra ermənilər tərəfindən girov götürülmüş və sonralar girovluqdan azad edilmişlər. Bu məlumatları onlar vermişlər. Daha sonra Möhübbət meşələrə, dağlara çəkilmişdir. Amma o tək olmamışdır. Çox güman ki, ən az iki nəfər olmuşlar. Dağlarda, meşələrdə, mağaralarda yaşamışlar. Ərzağı əvvəlcə tərk edilmiş yaşayış məntəqələrindən götürmüşlər. Sonralar isə təbii bitkilərlə və ermənilərdən gizlicə götürdükləri ərzaqla keçinmişlər. Ekspertlər müəyyən etmişlər ki, onlar 8-9 il əvvəl ermənilərlə döyüşdə güllə yarasından ölmüşlər. ermənilər onların yerini bilib onları mühasirəyə almışlar. onların meyidləri tapılan yerdə pulemyot darağı, çoxlu avtomat və pulemyot gilizləri, güllə deşmiş qazan və digər qablar və əşyalar tapılmışdır. Tapılan əşyalar arasında Ermənistan etiketli Cermuk su butulkaları, konserv qutuları olmuşdur. Ən maraqlı isə həmin etiketlərdə 2011-ci ilin istehsalı yazılmışdır. Ayaqqabı sıradan çıxdığı üçün onun alt hissəsinə alüminium qazanı kəsib altlıq düzəltmişlər.
Ərzağı əvvəlcə tərk edilmiş yaşayış məntəqələrindən götürmüşlər. Sonralar isə təbii bitkilərlə və ermənilərdən gizlicə götürdükləri ərzaqla keçinmişlər. Ekspertlər müəyyən etmişlər ki, onlar 8-9 il əvvəl ermənilərlə döyüşdə güllə yarasından ölmüşlər. ermənilər onların yerini bilib onları mühasirəyə almışlar. onların meyidləri tapılan yerdə pulemyot darağı, çoxlu avtomat və pulemyot gilizləri, güllə deşmiş qazan və digər qablar və əşyalar tapılmışdır. Tapılan əşyalar arasında Ermənistan etiketli Cermuk su butulkaları, konserv qutuları olmuşdur. Ən maraqlı isə həmin etiketlərdə 2011-ci ilin istehsalı yazılmışdır. Ayaqqabı sıradan çıxdığı üçün onun alt hissəsinə alüminium qazanı kəsib altlıq düzəltmişlər. Əsil film qəhrəmanları. Qəhrəmanlar ölmür…
AVMVİB Kəlbəcər şöbəsi, Akif Kamalov
