AVMVİB Ağstafa rayon şöbəsi Vətənpərvərlik yarışı tədbirində iştirak etmişdir

Bu gün AVMVİB-in Ağstafa rayon şöbəsinin təşəbbüsü ilə rayonun Heydər Əliyev mərkəzində şəhidlərimizin xatirəsinə həsr olunmuş qolgüləşi yarışı keçirilmişdir.

Yarış şəhidlərimizin məzarının ziyarət olunması və onların məzarı önünə gül dəstələrinin qoyulması ilə başlamışdır.

Yarış çərçivəsində hörmətli İcra Başçımız Seymur Orucov və onun komandası, həmçinin Qazax-Şəmkir sektorunun gənclər üzrə sədri Əziz müəllim, Ağstafa rayon Gənclər təşkilatının sədri Turan müəllim, Əfqanıstan cəmiyyətinin Ağstafa rayonu üzrə şöbəsinin sədri Mirxzahid müəllim, eləcə də şəhid ailələri, qazilər və bəzi müəssisə təşkilatının sədrləri, müdirləri və komandası, o cümlədən AVMVİB Ağstafa rayon şöbəsinin İdarə Heyətinin üzvləri yarışda iştirak etdilər. Yarışda fərqlənən və I, II və III yeri tutan 35 nəfəri fərqlənmə diplomu və müvafiq diplomlarla təltif olundu.

Vətənpərvərlik hissini yüksəldən və gənclər arasında rəğbətlə qarşılanan və yüksək səviyyədə təşkil olunan bu yarışda iştirak edən tədbir iştirakçılarına AVMVİB Ağstafa rayon şöbəsinin sədri Şükür Tağıyev AVMVİb rəhbrəliyi adından təşəkkürünü bildirmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-11-02-at-16-40-21

Whats-App-Image-2024-11-02-at-16-40-37

Whats-App-Image-2024-11-02-at-16-41-02

Whats-App-Image-2024-11-02-at-16-41-31

Whats-App-Image-2024-11-02-at-16-42-13

Whats-App-Image-2024-11-02-at-16-42-57

Whats-App-Image-2024-11-02-at-16-44-30

Bu xəbəri paylaşın: