AVMVİB Səbail rayon şöbəsində Zəfər Bayramı ilə bağlı təbdir

Böyük Zəfər Bayramı ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsi tədbir keçirmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə AVMVİB Səbail rayon şöbəsinin sədri və üzvləri, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Daxili İşlər Nazirliyinin polkovniki Vüqar Sərdarov, 91-lər hərəkatının üzvlərindən Tahir müəllim və digər rəsmi nümayəndələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmiş, bu günün tarixi əhəmiyyətindən danışmış, Zəfər Günü münasibəti ilə xalqımızı təbrik etmişlər.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: