Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, 1974-cü il təvəllüdlü, 1991-1993-cü illər 701 saylı h/h 3- cü taborun (712 saylı H/h, Kəlbəcər Batalyonu) əsgəri, 1993-cu ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı itkin düşmüş Mustafayev Möhübbət Qənimət oğlunun nəşi Kəlbəcərdə tapılaraq 01 noyabr 2024-cü il tarixdə Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.
Mustafayev Möhübbət Kəlbəcərdə uzun müddət yaşamış, çox güman ki, ermənilərlə döyüşdə həlak olmuşdur. Veteranlarımız şəhidimizin anım günündə iştirak etmiş, ruhuna dualar oxumuşlar. Qəhrəmanlar ölmür…