Rəfizadə Şamxal Saleh oğlu, Tərtər rayonunun Səhləbad kənd sakinidir. O, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə fəal iştirak edərək, şəhidlərimizin nəşinin yuyulması və kəfənlənməsində, əsgərlərimiz üçün nəzərdə tutulan əşyaların, qida məhsullarının və dərman vasitələrinin çatdırılmasında könüllü olaraq iştirak etmişdir. Şəhid ailələrinə, qazilərə və veteranlara hər zaman mümkün qədər köməklik göstərmişdir. Onun bu xidmətləri Tərtər Rayon İcra Hakimiyyəti, hərbi hissələr və digər qurumlar tərəfindən təşəkkür məktubları və fəxri fərmanlarla təltif olunub. Şamxal Rəfizadə, hazırda Milli Qəhrəman Elman Hüseynov adına «Dəmir Yumruq» İdman Klubunun baş məşqçisi və direktorudur. Çox sayda tələbəsi olan Şamxal müəllimin yetirmələri qısa müddət ərzində dəfələrlə respublika çempionu olmuşlar. Gənclərin idmana cəlb olunması və onları zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq tutmaq üçün gördüyü işlər cəmiyyət üçün mühüm töhfədir. Tədbirin sonunda AVMVİB Tərtər şöbəsinin sədri Çingiz İsayev, Şamxal Saleh oğlunun göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu AVMVİB Tərtər şöbəsinin fəxri üzvlük vəsiqəsi təqdim edilib.
Elçin Qədirov