AVMVİB Sumqayıt şəhər şöbəsi Zəfər Gününü qeyd edib

5 noyabr Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəhər Mədəniyyət Evi və Azərbaycan Vətən Mühanbəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Noyabr Qələbə gününə həsr olunan «Zəfər nəğmələri yazılır» adlı bayram tədbın keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Əvvəlcə şəhidlərin əziz xatirəsi bır dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Əlıağa Tapdıq 2020-ci il Qarabaq Mühanbəsində ordumuzun qazandığı Zəfər Qələbəsindən geniş məlumat verib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mənsurov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov, kapitan Fəxrəddin Behbudov, polkovnik Zeydulla Mustafayev, «Turan ədəbi məclisinin sədri, Prezident təqaüdçüsü Rəfiqə xanım Şəms və şəhid anaları iştirak etmişlər.

Tədbirdə həmçinin rəssamlıq kursunun (kurs rəhbəri Mənzər Hüseynova) “Uşaqların gözü ilə Zəfərimiz” adlı sərgi də təşkil olunmuşdur. Bədii qiraətçı Əlıağa Tapdıq Ramız Qusarçaylının «Mənım Bayrağım» şerini səsləndirmiş, «Şəms” ınsurmenatl ansamblının soiıstı Niyaməddin Həmzəyev, müğənnilər Türkan Səfərova, Kamil Ağazadə vətənpərvərlik mövzusunda mahnılar ifa etmişıər.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-11-06-at-14-52-35-1

Whats-App-Image-2024-11-06-at-14-52-36

Whats-App-Image-2024-11-06-at-14-52-36-1

Whats-App-Image-2024-11-06-at-14-52-37

Whats-App-Image-2024-11-06-at-14-52-37-1

Whats-App-Image-2024-11-06-at-14-52-37-2

Whats-App-Image-2024-11-06-at-14-52-38

Bu xəbəri paylaşın: