Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Laçın rayon şöbəsi Xətai rayon Mərkəziləşdirilmiş kitabxana sistemi ilə birgə Zəfər Gününə həsr olunmuş tədbir keçirmişdir.
AVMVİB Laçın şöbəsi sədri Hüseynov Rasim Soltan oğlu tədbirdə çıxışında Zəfər Gününün xalqımız üçün əhəmiyyətindən danışmış, bu günün qeyd edilməsini gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır. Tədbir çərçivəsində Rasim Hüseynov bir neçə kitabı mərkəzə hədiyyə etmişdir.
Tədbirin sonunda (AVMVİB) Laçın şöbəsinin sədri tərəfindən Xətai rayon Mərkəziləşdirilmiş kitabxana sisteminin direktoru Həmidə xanım Məmmədova və mərkəzin baş kitabxanaçısı Ağgül xanım Mərdanova Fəxri Fərmanla təltif olunmuşlar.
AVMVİB Mətbuat xidməti