Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsi Zəfər Gününə həsr olunmuş «Misilsiz cəsarət» adlı rəsm sərgisi təşkil etmişdir. Tədbirin digər təşkilatçıları arasında Bakı şəhəri Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova və Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva olmuşdur.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Suraxanı rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlərlə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov və idgər qonaqlar iştirak etmişlər.
Bakı şəhəri Suraxanı Gənclər Evində baş tutan rəsm sərgisində rəssam Şəmsəddin Böyükdüzlünün fırçasından çıxmış rəsimlər nümayiş olunduqcdan sonra onlar şəhid ailələrinə təqdim edilmişdir. Qeyd edək ki, rəssam indiyədək 1500-dən çox şəhid portretini işləyib şəhid ailələrinə təqdim etmişdir.
AVMVİB Mətbuat xidməti