Bu gün Yardımlı rayonunun Horonu kəndində şəhid Eminli Rüstəm Mais oğlunun şəhədətə qovuşmasının mövludu günü qeyid edildi. Tədbirdə şəhid ataları, kənd camaati, rayon İH-nin şəhid valideyinləri və qazilərlə iş şöbəsinin əməkdaşları, xeyiriyyəçi iş adamı Hacı Namiq, gənc şair Əlisəfa Əhməd oğlu, başqa kəndlərdən gəlmiş qonaqlar AVMVİB-in Yardımlı rayon şöbəsinin uzvuləri və sədri Mayilxan Əliyev iştirak etdilər. Şəhidin məzarı üzərinə dəstələri düzüldü dular oxundu. Şəhidin qəhrəmanlığından keçdiyi həyat və döyüş yolundan danışıldı. Sonra şəhidin ata ocağinda ehsan süfrəsi açıldı və ehsan verildi. Allah bütün şəhidlərimizə rəhmət etsin.
AVMVİB Mətbuat xidməti
AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri Mayilxan Əliyev