8 Noyabr – Zəfər Günü münasibətilə AVMVİB Tərtər şöbəsində tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri açıq elan edən AVMVİB Tərtər şöbəsinin sədri Çingiz İsayev Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatlarında aparılan döyüş əməliyyatları haqqında məlumat verərək, tədbir iştirakçılarına həmin döyüşlərin tarixindən bəhs edib və gəncləri vətənpərvərlik ruhunda məlumatlandırıb.
Tədbirin sonunda, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən və tapşırıqları layiqincə yerinə yetirən hərbi qulluqçular Hüseynov Elvin İsa oğlu və Bəhrəmli Eltac Müşviq oğlu fəxri fərmanla təltif olunublar. Çingiz İsayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, ölkə Prezidentinin müharibə iştirakçılarına xüsusi diqqət göstərdiyini vurğulayıb.
AVMVİB Mətbuat xidməti
Elçin Qədirov