Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. Xatırladaq ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Anar Əliyevi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi həmçinin ümidvar olduğunu bildirir ki, yeni nazirimiz Vətən müharibəsi veteranlarımızın, qazilərimizin sosial müdafisəinin daha da gücləndirilməsi, həmçinin onların həyat və sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində müsbət işlər görəcəkdir.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: