Mingəçevirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi tədbir təşkil olunub. Tədbir çərçivəsində birliyin üzvü olan veteran xanımlar təbrik edilib, onlara ailə səadəti, möhkəm can sağlığı və xoşbəxtlik arzulanıb. Tədbir iştirakçılarına bayram münasibətilə hədiyyələr təqdim olunub.
Bayram tədbiri isti və səmimi ab-havada keçib, veteran xanımlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
AVMVİB-in Mətbuat xidməti


