Bakı Dövlət Sirkinin kollektivi Novruz bayramı günlərində şəhid ailələri, müharibə əlilləri, veteranları və onların ailə üzvləri üçün yüksək səviyyədə rəngarəng tədbirlər təşkil edirlər. Belə ki, «Yuri Nikulin Sirk»-i möhtəşəm şou proqramını tamaşaçılar böyük rəğbət və maraqla izlədilər.
AVMVİB-nin Şəhid ailələri, qazi və müharibə veteranları, onların ailə üzvləri üçün təşkil etdiyi Yuri Nikulin Sirki proqramına dəvətə görə «Bakı Dövlət Sirki»-nin rəhbəri Nahid Feyruz oğlu Ağayev, «Sərhədsiz Sirk»-in Təşkilatçı-Meneceri Pərvanə Əli qızı Muxtarova, Firudin Muxtar oğlu Abdullayev TƏŞƏKKÜRNAMƏ ilə təltif olundular.
