Təbrik: Sadıqov Vaqif Əhməd oğlu — 70

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin Qərb regionu üzrə səlahiyyətli numayəndəsi, AVMVİB Qazax rayon şöbəsinin sədiri, istefada olan baş leytenat Sadıqov Vaqif Əhməd oğlunun yubileyidir. Mart ayının 21-də onun 70 yaşı  tamam olur.

Martın 21-də ömrünün 70-ci baharına bu gözəl bayramda qədəm qoyan Vaqif müəllim, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, Vətən müharibəsi illərində xalqına və dövlətinə sədaqətlə xidmət göstərib. Onun hərbi və ictimai fəaliyyətində qazandığı uğurlar, ölkəmizin müdafiəsinə verdiyi töhfələr silahdaşlarımız və veteranlarımız arasında hər zaman böyük hörmət və ehtiramla xatırlanır. Onun keçdiyi həyat yolu, fədakar xidməti və vətənpərvər fəaliyyəti gənc nəsil üçün örnəkdir. O, veteranlarımızın cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və müharibə iştirakçılarının layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin «Fedai.az» və «Veteran.az» kollektivi, Vaqif müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir və yeni uğurlar arzulayırlar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Sadıqov Vaqif Əhməd oğlunu yubileyi münasibəti Fəxri Fərmanla təltif etmişdir. AVMVİB kollektivi Vaqif müəllimi təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: