Deputat Sahib Əliyev Vətən müharibəsi veteranları ilə iftar süfrəsində görüşdü

19 mart 2025-ci il tarixində Milli Məclisin deputatı Sahib Əliyev Ağdaş rayonunda iftar süfrəsi açaraq Vətən müharibəsi veteranları, qazilər və müharibə əlilləri ilə bir araya gəldi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ağdaş rayon şöbəsinin üzvlərinin də iştirak etdiyi iftar süfrəsində deputat çıxış edərək onları Novruz bayramı münasibətilə təbrik etdi.

Çıxışı zamanı millət vəkili Sahib Əliyev Vətən müharibəsi iştirakçılarının göstərdikləri şücaətdən, onların torpaqlarımızın azadlığı uğrunda keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, dövlətin və xalqın daim onların yanında olduğunu vurğuladı. O, şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq, bu sahədə dövlətin həyata keçirdiyi siyasətin davamlı olacağını qeyd etdi.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-03-20-at-09-28-19

Whats-App-Image-2025-03-20-at-09-28-19-2

Whats-App-Image-2025-03-20-at-09-28-20

Bu xəbəri paylaşın: