Atilla Rzaquliyev — 17

Bu gün Azərbaycanın ilk döyüşçü jurnalisti, tanınmış araşdırmaçı-türkoloq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri olmuş mərhum Xaqani Ədəboğlunun kiçik oğlu — Atilla Rzaquliyevin doğum günüdür. May ayının 20-si onun 17 yaşı tamam olur.

Hazırda 192 nömrəli tam orta məktəbdə təhsil alan Atilla Rzaquliyev ali məktəbə qəbul imtahanlarına hazırlaşır. O, atasının yolunu davam etdirərək elmə, jurnalistikaya və Vətənə xidmət etməyə can atır.

Fedai.az və Veteran.az kollektivi olaraq Atilla Rzaquliyevi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uğurlu gələcək və ali məktəbə qəbul yolunda böyük nailiyyətlər arzulayırıq.

Arzu edirik ki, o, tezliklə tələbə adını qazansın və öz bacarığı, zəhməti ilə ailəsinin, müəllimlərinin və xalqının qüruruna çevrilsin.

Whats-App-Image-2025-05-20-at-14-03-38

Whats-App-Image-2025-05-20-at-14-03-38-1

Whats-App-Image-2025-05-20-at-14-04-19

Whats-App-Image-2025-05-20-at-14-04-19-1

Whats-App-Image-2025-05-20-at-14-04-19-2

Whats-App-Image-2025-05-20-at-14-04-19-3

Whats-App-Image-2025-05-20-at-20-37-19

Bu xəbəri paylaşın: