Müharibə veteranımız müalicə aldığı tibb müəssisəsində ziyarət olundu

29.04.2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri, müharibə veteranı Əlövsət Məmmədov müalicə olunduğu Kardiologiya İnstitutunda ziyarət olunmuşdur. Ziyarət çərçivəsində onun səhhəti ilə maraqlanılıb, göstərilən tibbi xidmətlərə görə tibbi heyətə təşəkkür bildirilmişdir.

Ziyarətdə AVMVİB sədrinin birinci müavini Vahid Abdurəhmanov, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov və digər nümayəndələr iştirak etmişlər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, canı və qanı bahasına bu torpaqları qorumuş müharibə veteranlarının sağlamlıq vəziyyətinə göstərilən diqqəti yüksək qiymətləndirmişlər.

Ziyarət zamanı Kardiologiya İnstitutunun tibbi heyətinə də təşəkkür ifadə olunmuş, xüsusilə, müharibə veteranı Əlövsət Məmmədova göstərdikləri xüsusi qayğı və peşəkar münasibətə görə institutun həkimi Mahir müəllim və tibb bacısı Azadə xanım Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri Fərmanla təltif olunmuşlar.

Fəxri Fərmanların təqdim olunması zamanı vurğulanmışdır ki, bu kimi təşəbbüslər cəmiyyətin hər bir sahəsində – xüsusilə səhiyyədə çalışan vətənpərvər insanların əməklərinin qiymətləndirilməsinə, veteranlara göstərilən diqqətin daha da təşviq olunmasına xidmət edir.

AVMVİB rəhbərliyi Əlövsət Məmmədovun tezliklə sağlamlığına qovuşmasını arzu edir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-29-at-21-51-14

Whats-App-Image-2025-05-29-at-21-51-14-1

Bu xəbəri paylaşın: