Şəhid Teymur Osmanlının mövludu qeyd olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli və şöbənin bir qrup üzvü 31 may 2025-ci il tarixində şəhid Teymur Osmanlının mövludu münasibətilə keçirilən anım tədbirində iştirak ediblər.

Tədbirdə şəhidin həyat və döyüş yolu xatırlanaraq onun göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli öz çıxışında Şəhid Teymur Osmanlının igidliyini böyük ehtiramla yad edərək, onun ailəsinə dərin hörmət və minnətdarlıq ifadə etmişdir. Daha sonra Şəhidin ruhuna dualar oxunub, ailəsinə və yaxınlarına başsağlığı verilib.

Anım mərasimində rayonun bir qrup şəhid valideynləri, məktəblilər və rayon rəhbərliyinin nümayəndələri də iştirak ediblər. Tədbir yüksək səviyyədə təşkil olunaraq vətənpərvərlik ruhunda keçmişdir.

AVMVİB İsmayıllı rayon şöbəsinin sədri
Bəylər Həlimli

Whats-App-Image-2025-05-31-at-16-43-55-1

Whats-App-Image-2025-05-31-at-16-43-54

Whats-App-Image-2025-05-31-at-16-43-55

Bu xəbəri paylaşın: