Millət vəkili Sahib Alıyev Ağdaşda seçicilərlə görüş keçirdi

31 may 2025-ci il tarixində millət vəkili Sahib Alıyev Ağdaş şəhərində yerləşən Deputat ofisində seçicilərlə növbəti görüşünü keçirib. Görüş çərçivəsində xüsusilə müharibə veteranları və gənc qazilərlə geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı vətəndaşlar millət vəkilinə onları narahat edən sosial məsələlərlə bağlı suallar ünvanlayıb, müxtəlif problemlərin həlli ilə bağlı dövlət dəstəyi gözləntilərini ifadə ediblər. Sahib Alıyev bütün müraciətləri diqqətlə dinləyərək, qaldırılan məsələlərin araşdırılacağını və aidiyyəti qurumlara çatdırılaraq həll yollarının müzakirə ediləcəyini bildirib. O, xüsusilə müharibə iştirakçılarının və qazilərin sosial rifahının dövlət siyasətində önəmli yer tutduğunu vurğulayıb.

Qeyd olunub ki, millət vəkili Sahib Alıyev Ağdaş seçiciləri ilə mütəmadi olaraq görüşlər keçirir, onların problemlərinin həlli istiqamətində fəal və sistemli şəkildə çalışır. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, eləcə də birliyin digər üzvləri iştirak edib, millət vəkilinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-31-at-18-48-44

Whats-App-Image-2025-05-31-at-18-48-44-1

Bu xəbəri paylaşın: