Qurban bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nərimanov rayon şöbəsində mənəvi dəyərləri və sosial həmrəyliyi təşviq edən xeyriyyə tədbiri təşkil olunub. Tədbir imkansız üzvlərin diqqət və qayğı ilə əhatə olunması istiqamətində atılmış növbəti addım kimi yüksək qiymətləndirilir.
AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun verdiyi məlumata görə, tədbir çərçivəsində təşkilatın 50-yə yaxın imkansız üzvü şöbəyə dəvət olunmuş, onlara bayram münasibətilə Qurban payları təqdim edilmişdir.
AVMVİB-in Mətbuat xidməti


