Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

Prezident İlham Əliyevin təsdiqlədiyi «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanuna edilən dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.

Bu xəbəri paylaşın: